Pandemiya dövründə Azərbaycandan ən çox sifariş edilən məhsullar açıqlanıb

 

Pandemiya dövründə Azexport.az internet portalına daxil olan sifarişlər sırasında əsasən kənd təsərrüfatı və gündəlik tələbat məhsulları önə çıxıb.

Trend-in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının meneceri Ayxan Qədəşov bildirib ki, bura kartof, pomidor, toyuq əti, toyuq yumurtası, pambıq, pambıq yağı, nar şirəsi, qənnadı məhsulları daxildir.

Bununla yanaşı pandemiya dövründə portala daxil olan sifarişlər arasında xalq təbabətində geniş istifadə olunan soğan, zəncəfil, sarımsaq, sarıkök və bu kimi digər məhsullara da sifarişlər mövcuddur.

May ayının ikinci yarısından etibarən dünyada karantin qaydalarının yumuşaldılması prosesinə start veriləndən sonra portala daxil olan ixrac sifarişlərində də kənd təsərrüfatı məhsulları ilə yanaşı metal konstruksiyalar, uşaq bezi, tikinti məhsulları və tütün kimi digər məhsullara da sifarişlərdə artım müşahidə olunmağa başlanılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300