Azərbaycanda bank sədri həbs edilib -FOTO

 

"Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib.

Unikal.org xəbər verir ki, o, 20 milyon manatdan çox pul mənimsədiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, Nadir İsmayılov mənimsədiyi 24 milyon manat pulu yaxın qohumlarının adına götürüb.

Sabiq sədr sözügedən məbləği qardaşları Məzahir və Mahir İsmayılovlar, bacısı Afət İsmayılova, qardaşı uşaqları Asəf, Tural və Nicat İsmayılovlar, bacısının həyat yoldaşı Bünyatəli, bacısının filial müdiri işləyən həyat yoldaşı Natiq, qardaşının qudası Mehdinin adına götürüb. Bildirilir ki, adları qeyd edilən Nadir İsmayılovun yaxın qohumları "Zaminbank” ASC-də müxtəlif vəzifələrdə çalışırdılar.

Qeyd edək ki, bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində dörd aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.

Xatırladaq ki, "Zaminbank” ASC dörd il bundan öncə müflis elan edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300