Biləcəridə küçəni hasarlayırlar- Ziya Məmmədovun qardaşının adamı "bu, bizim küçədir" deyir

 

Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində yaşayan sakinlər küçənin hər iki tərəfdən hörülməsindən, yolun kəsilməsindən şikayətçidirlər. Bu barədə redaksiyamıza müvafiq şəkillər göndərən şikayətçilərdən biri - Günay Hüseyn qeyd edir ki, bu ağır karantin günlərində azyaşlı uşaqların yeganə əyləncə yeri olan küçənin hasarlanması ilə onlar evə qapanmalı olacaqlar.

Küçənin hasarlanması təşəbbüsünün şəkillərdə görünən, darvazası qəsr girəcəyini xatırladan imarətin sahibindən gəldiyi bildirilir. Bu evin sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun ailəsinə məxsusdur. Nəriman Məmmədovun adı oxuculara bir zamanlar başqa bir villasında qətl törədilməsi ilə bağlı yaranan qalmaqaldan tanışdır. O zaman onun Qusar rayonunun Çiləgir qəsəbəsində yerləşən villasının gözətçisi N.Məmmədivun gözü qarşısında başqa bir nəfəri öldürüb və sabiq nazirin qardaşı bu hadisədən şoka düşərək uzun müddət müalicə alıb, 2016-cı ildə vəfat edib

İndi küçənin hasarlanmasının əsas səbəbi olaraq mərhum N.Məmmədovun ailə üzvlərinin küçədən gələn səs-küydən narahat olduğu göstərilir. Küçəni kəsmək üçün göstərişin konkret olaraq N.Məmmədovun oğlu Fuad Məmmədov tərəfindən verildiyi deyilir.

Hadisə ilə bağlı şikayətçilər öz şikayətlərini öncə ev sahibinə ünvanlamaq istəyiblər. Ancaq onların qarşısına çıxan Akif adlı şəxs (güman ki, F.Məmmədovun qohumu, mühafizəçisi) bildirib ki, onlar küçəni yaxşı edib kəsirlər, küçə məhz onlarındır, şikayətçilər əllərindən gələni beş qaba çəksinlər.

Küçə sakinləri icra hakimiyyətinə, bələdiyyə şurasına müraciət etdiklərini, hələ lazımi cavab almadıqlarını, ona görə də məsələni ictimailəşdirməli olduqlarını bildirirlər.

Əməkdaşımız bu olayla bağlı Biləcəriyə ezam olunub, onun hazırladığı geniş reportajı sonrakı saatlarda saytımızda oxuya biləcəksiniz.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300