Azərbaycanda kreditə cərimə faizləri dondurula bilər - TƏKLİF

"Xüsusi tədbirlər planı tərtib edilib. Bu plana görə, Mərkəzi Bank kommersiya banklarına istehlak kreditləri üzrə ödənişlərin, xüsusən pandemiyanın təsir etdiyi sektorlar üzrə çalışan vətəndaşlar üçün sentyabr ayının 30-dək təxirə salınması və ya cərimə faizinin və dəbbələrin hesablanmamasını tövsiyə edilib”.

Hit.Az xəbər verir ki, bu fikirləri Qazet.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov səsləndirib. Prosesin tənzimlənməsi isə bank və müştəri arasında aparılır.

"Burada mahiyyət ondan ibarətdir ki, pandemiyanın təsir etdiyi sektorda çalışan vətəndaşımızın istehlak krediti varsa, onu ödəməkdə çətinlik çəkirsə, o zaman banka müraciət edib sentyabrın 30-dək cərimə faizləri və dəbbələrin hesablanmamasını istəyə bilər”, – deyə Vüqar Bayramlı qeyd edib.

Millət vəkili həmçinin bildirib ki, artıq pandemiyanın təsir etdiyi sektorda çalışan vətəndaşların bir qismi güzəştlərdən istifadə ediblər.

"Həmin qərar qəbul edilən zaman Banklar Assossasiyası və banklarla məsləhətləşmələr aparılıb. Banklar həmin tədbirlər planının hazırlanmasında iştirak ediblər. Buna görə də vətəndaşlarımızın bir qismi artıq bu güzəştlərdən istifadə edirlər. Kredit götürdükləri banklara müraciət edərək güzəştlərdən faydalana bilirlər. Güman edilir ki, yeni ödəmə cədvəli və ya yeni ödəmə qrafiki tətbiq edilməklə davam etdiriləcək. Pandemiyanın hansı müddəti əhatə edəcəyi sual altındadır. Əvvəllər postpandemiya dövrü qeyd olunurdu. İndi beynəlxalq ekspertlər belə postpandemiya sözünü çox ehtiyatla istifadə edirlər”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300