Messi 700-cü qolunu vurub

İspaniya La Liqasında XXXIII tur start götürüb.

Apasport.az saytının məlumatına görə, turun mərkəzi qarşılaşması ilk gündə baş tutub.

Çempionluq uğrunda mübarizə aparan "Barselona” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Atletiko”nu qəbul edib. 3 penaltinin təyin olunduğu və kataloniyalıların kapitanı Lionel Messinin karyerasında 700-cü qolu vurduğu görüş qollu bərabərliklə yekunlaşıb. Bununla "Barselona” ardıcıl ikinci matçda xal itirib.

Təhlükəli zonada qərarlaşan "Malyorka” turnir cədvəlindəki qonşusu "Selta” ilə üz-üzə gəlib. Ötən turda "Barselona”nı büdrədən Viqo təmsilçisi səfərdə darmadağına məruz qalıb.

Elitada qalmaq şansı turdan-tura azalan "Leqanes” isə "Sevilya”ya doğma arenasında böyük hesabla yenilib.

Turun digər matçları 1-2 iyul tarixində keçiriləcək.

İspaniya La Liqası
XXXIII tur
30 iyun
"Malyorka” – "Selta” – 5:1
Budimir, 13 (pen.) 52; Kuço, 27; Pozo, 40; Sevilya, 60 – Aspas, 50 (pen.)
"Leqanes” – "Sevilya” – 0:3
Torres, 23, 35; Munir, 82
"Barselona” – "Atletiko” – 2:2
Dieqo Kosta, 11 (avtoqol); Messi, 50 (pen.) – Saul, 19 (pen.), 62 (pen.)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300