Azərbaycanda siqaret monipoliyasının böyük oyunu -Savaş başladı

 

Tütün məmulatlarının qiymətində yenidən artım gözlənilir.

Uluyol.az-ın xəbərinə görə, məlumatda deyilir ki, artıq bir neçə gündür topdansatış məntəqələri siqaretin satışını azaldıblar.

Yəni, pərakəndə satış nöqtələrinə siqaretlər əvvəlki günlərdən daha az verilir. Ticarətçilər deyir ki, belə hal adətən bahalaşmadan öncə olur. "Deyirlər iyulun 1-dən siqaretin qiyməti artacaq. Amma səbəbini izah etmirlər”, - deyə ticarətçilər bildirib.

Bu il siqaretin qiymətində artıq bir dəfə artım olub. Bu aksiz vergisinin artırılması ilə izah edilib. 2019-cu ildə 2020-ci il üçün aksizli malların vergiləri dərəcələri dəyişdirilib. Vergilər Məcəlləsinə əlavə edilən dəyişikliyə görə, 1000 ədəd siqaret üçün aksiz vergisi 20 manatdan 31 manata qaldırılıb.

2020-ci ilin yanvar ayından qanun qüvvəyə minib və siqaretin qiymətin 20-30 qəpik civarında artım baş verib.

Lakin ekspertlər aksiz vergisinin artırılmasını obyektiv səbəb hesab etmirlər. Onlar fikrincə, siqaret biznesi ilə məşğul olanlar sadəcə faktdan istifadə ediblər. "Azərbaycanda siqaret biznesi monopoliyadadır. Monopolistlər bazarda istədikləri qiyməti diqtə edə bilirlər”, - deyə ekspertlər bildirir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2019-cu ildə paytaxtda ümumi dəyəri 20 milyon 639 min manat olan 3 milyard 348 milyon ədəd papiros və siqaret istehsl edilib. Əvvəlki illə müqayisədə Bakıda istehsal edilən siqaretlərin sayı 1,98 dəfə, dəyəri isə 2,2 dəfə artıb.

Sadə hesablama apardıqda bəlli olur ki, Bakıda istehsal olunan hər 20 ədəd və ya bir qutu siqaretin maya dəyəri 12.4 qəpikdir.

Bakı Statistika İdarəsinin məlumatına görə, paytaxtda 3 siqaret istehsalı müəssisəsi fəaliyyət göstərir və bu rəqəmlər 3 müəssisənin göstəricilərini əks etdirir. Amma onlardan yalnız birinin adı məlumdur –"European Tobacco Baku". Qalan iki müəssisənin adı və istehsal həcmi statistika sirri olaraq açıqlanmasa da, onların istehsal gücünün "European Tobacco Baku"dan qat-qat az olduğu şübhəsizdir

Beləliklə, "European Tobacco Baku" da daxil olmaqla, Bakıdakı müəssisələrdə bir qutu siqaretin istehsalı və aksiz vergisi xərcləri ümumilikdə 74,4 qəpik təşkil edir.

Siqaretlərin satış qiyməti isə bundan təqribən ikiqat yüksəkdir.

"European Tobacco Baku" şirkətinin sahibi Rüfət Quliyevdir. O, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatıdır. Rüfət Quliyev fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinə də qatılıb və Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən namizədliyini irəli sürdüyü 73 saylı Lənkəran şəhər seçki dairəsinin qalibi elan edilib.

Bəzi iddialara görə, əslində bahlaşma yox, siqaret biznesinin Rüfət Quliyevdən alınması prosesi gedir. Bu da avtomatik olaraq siqaret satışına təsir edib. Yəni satışda azalmanın müşahidə olunması gözlənilən bahalaşma ilə deyil, bu biznesdə əl dəyişimi ilə izah edilir.

Mediada gedən təkzib olunmamış məlumatlara əsasən Azərbaycanda siqaretin idxalı ilə rəsmi qaydada 3 şirkət məşğul olur. Onlar "İMEKS”, "Krokus LTD”, "AMD Trade” şirkətləridir. Adı çəkilən şirkətlər "B.A.T” tobacco, "İT tobacco”, "CTİ " tobacco kimi beynəlxalq nümayəndəliklərin Azərbaycanda rəsmi distribyütorlarıdır.

Yerdə qalan " Krokus LTD” və "AMD Trade” haqqında məlumatlar yoxdur. Yalnız adından məlum olduğu kimi, "Krokus LTD”-nin Araz Ağalarova məxsus olması barədə mətbuatda bir neçə dəfə yazılar gedib. Şirkət 2004-cü ildə Bakıda qeydiyyata alınıb. Baş ofisi Dərnəgül şossesindədir.

2014-cü ildə Kənd Təsərrüfat Nazirliyinin açıqladığı məlumata görə, "Krokus ltd” Bakıda tütün məmulatı istehsal etmək üçün "European Tobacco-Baku” ASC-nin ərazisində yer icarəyə götürüb. Hətta o ildən sonra "European Tobacco-Baku” nun idarəçiliyinin "Crocus İnternational”a keçdiyi haqqında məlumatlar da yayılıb.

Bazara nəzarət edən bu üç ”gizli əl” in rəhbərliyində kimlərin təmsil olunması haqda da rəsmi məlumat yoxdur. Qeyri-rəsmi məlumata görə, üç distribyütora nəzarəti deputat Cavanşir Feyziyev həyata keçirir. Maraqlıdır ki, şirkətlərin rəsmi qeydiyyat ünvanları da eynidir. Ehtimal olunur ki, indi Rüfət Quliyev oyundankənar vəziyyətə salınır.

Başqa bir versiyaya görə isə bahalaşma sadəcə indiki vəziyyətdən sui-istifadə edən bəzi işbazların əməlidir. Ölkədə koronavirus pandemiyasına qarşı mübarizə gedir. Bu isə bir çox sahələrə cümlədən iqtisadiyyata təsirsiz ötüşməyib. İndi bəzi işbazlar itirdiklərini kompensasiya etmək üçün süni bahalaşma yaradırlar.

Sonda qeyd edək ki, bahalaşma barədə hər hansı rəsmi məlumat yoxdur. Güman ki, qısa müddətdə bu məsələyə aydınlıq gətiriləcək.(YeniSabah)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300