İran Trampı "İnterpol” xətti ilə axtarışa verib

 

İranlı general Qasım Süleymaninin ölümündə təqsirləndirilən 36 nəfər, o cümlədən ABŞ Prezidenti Donald Tramp barəsində "İnterpol” xətti ilə axtarış elan edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Tehran şəhər prokuroru Əli Əlqasi bildirib.

Onun sözlərinə görə, 36 nəfər barəsində Q. Süleymaninin ölümündə birbaşa iştirak, əmr vermək və yardım etmək ittihamı ilə cinayət işi başlanılıb və təqsirləndirilən şəxslər "İnterpol”un qırmızı bülleteni ilə axtarışa verilib.

Tehran şəhər prokuroru qeyd edib ki, siyahıda ABŞ Prezidentinin adı birinci gəlir və D. Trampın prezidentlik müddəti başa çatdıqdan sonra da axtarış davam etdiriləcək.

Xatırladaq ki, yanvar ayında Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın "Qüds” briqadasının komandanı, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300