Əbülfəs Qarayev bağında aqibətini gözləyir- istintaqa çağırılıb, nazirliyi isə yoxlayırlar...

 

Mayın 21-də prezidentin sərəncamı ilə mədəniyyət naziri postundan götürülən Əbülfəs Qarayev, gözlənildiyi kimi, "gözdən itib”. DTX-nın mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində Ə.Qarayevin müavininin, həmçinin idarə rəisinin həbsi sabiq nazirin məsuliyyət məsələsini gündəmə gətirmiş, onun da istintaqa cəlb edilməsinin vacibliyi vurğulanmışdı.

Yada salaq ki, həbs edilən nazir müavini Rafiq Bayramovla idarə rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Rafiq Bayramov həm də uzun illər Ə.Qarayevin digər nazirlikdə köməkçisi olub. Sabiq nazirin Cinayət Məcəlləsinin 314-cü – səhlənkarlıq maddəsi ilə istintaqa cəlb oluna biləcəyi deyilir. Bu maddədə səhlənkarlıq – işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquq şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir.

Bu arada unikal.org Mədəniyyət Nazirliyində yoxlama aparılması barədə xəbər yayıb. Məlumata bildirilir ki, Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir. Qeyd edək ki, bir il bundan öncə Hesablama Palatası nazirlikdə yoxlama aparıb.

Əslində DTX-nin Mədəniyyət Nazirliyində aşkarladığı bəzi korrupsiya faktları Əbülfəs Qarayevin mədəniyyət sahəsinə ayrılan pulları necə taladağı haqda müəyyən təəssürat yaradırdı. Araşdırmaçı jurnalist Cavanşir Həsənli isə bir müddət əvvəl keçmiş nazirin və ailəsinin sahib olduğu şirkətlərin siyahısını yayımlayıb. Yayılan sənədlərdən məlum olub ki, sabiq nazirin ailə şirkətləri Rusiya, Litva, Panama, Malta kimi qitələri aşan coğrafiyanı əhatə edir. Azərbaycandan çıxardığı pullarla xarici ölkələrdə daşınmaz əmlak və digər aktivlər alıb.

Məlumatlı mənbə Musavat.com-a deyib ki, Ə.Qarayev hazırda bağındadır. Onu bir neçə dəfə istintaqa çağırıblar, amma bu barədə rəsmi bilgi yoxdur. Ə.Qarayevin biznes imperiyası ilə bağlı yayılan sənədələrlə bağlı da izahatı alınıb. "Belə görünür ki, Əbülfəs Qarayev bağında oturub sonrakı taleyini gözləyir” deyə, mənbə bildirib.

Sonda qeyd edək ki, mədəniyyət naziri postuna hələ təyinat yoxdur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300