Qarabağda BÖYÜK MÜHARİBƏ yaxınlaşır: Rusiya nəşri

 

Qafazda böyük müharibə başlaya bilər. Azərbaycan və Ermənistan arasında münaqişə demək olar ki, 30 ildir davam edir. Bu münaqişə yenidən alışmağa və tammiqyaslı müharibəyə çevrilməyə hazırdır.

 

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın "Həftənin arqumentləri” (Arqumenti nedeli) nəşri yazıb.

 

Nəşr qeyd edir ki, hələlik münaqişə çürüyür, regionda şərti barışığa riayət olunur, informasiya sakitliyi müşahidə olunur: "Dağlıq Qarabağ məsələsi xəbərlərdə əsas gündəm olmur. Buna görə də çoxları artıq hər şeyin çoxdan bitdiyini düşünür, əslində isə Dağlıq Qarabağda müharibə davam edir”.

 

"Arqumenti nedeli” münaqişə ətrafında baş verənlər və gözləntilərlə bağlı "Dağlıq Qarabağda müharibənin hüquqi tərəfi” elmi işinin müəllifi Sədat Quliyevin fikirlərini öyrənib.

 

Münaqişənin tarixi, Ermənistanın Azərbaycan torpaqlarının işğalına necə nail olduğu haqda danışan S. Quliyev hesab edir ki, hazırda mövcud vəziyyət pisləşməyə doğru gedir, xüsusilə 2018-ci ildən sonra.

 

"Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımağı tələb edir, Azərbaycan ərazi bütövlüyünün təmin edilməsini, hərçənd, Qarabağa muxtariyyət də verməyə hazır idi. İndi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. Bakının mövqeyi dəyişməyib, dəyişən İrəvanın möveyidir. 2018-ci ilə qədər Ermənistan prezidentləri istəyirdilər ki, Azərbaycan yalnız Dağlıq Qarabağın müstəqilliyini tanısın, qalan yeddi rayon isə Azərbaycana qaytarılmalıdır, çünki bu ərazilər Azərbaycanındır. İndi Ermənistan ümumiyyətlə ərazilərin qaytarılmasını müzakirə etmək istəmir. Azərbaycanın mövqeyi dəyişməyib. Ermənistan 2018-ci ilə qədər anlayırdı ki, işğal edilmiş rayonları qaytarmalıdırlar. 2018-ci ildə Ermənistanda baş nazir əsas səlahiyyətli şəxsə çevriləndən, idarəçilik sistemi dəyişəndən sonra İrəvanın Qarabağı da, ətraf rayonları da qatarmaq istəmədiyi fikri önı sürüldü. İndi ermənilər bu ərazilərdə fəal şəkildə məskunlaşırlar. Əgər müharibəyə qədər orada 145 min erməni yaşayırdısa, indi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın bütün ərazisində 150 mindən çox erməni yaşayır”, - o bildirib.

 

S.Quliyev qeyd edir ki, Suriyadan, Liviyadan 150 min erməni Qarabağa köçürülüb.

 

"Deyəsən, hər şey böyük müharibəyə doğru gedir. Hələki, böyük güclər münaqişənin eskalasiyasına imkan vermir, amma yara qanayır, 2016-cı ildə olduğu kimi böyük eskalasiya gec-tez olacaq”, - Quliyev nəşrə danışıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300