Bu düşüncələr Altsheymer riskini artırır - ARAŞDIRMA

 

London Universitetinin alimləri mənfi düşüncələrin Altsheymer xəstəliyinin - sağalmaz və ölümcül demensiyanın inkişafına səbəb ola biləcəyini müəyyən edib.

 "Alzheimer's & Dementia” jurnalında təhlükəli demensiyanın yaranmasının yeni səbəbləri barədə alimlərin məqaləsi dərc olunub.

Bir neçə il davam edən araşdırmada 55 yaşdan yuxarı 360 nəfər iştirak edib. Depressiya və stressi ölçülən könüllülər vaxtaşırı keçmişi düşündüklərini və gələcək üçün narahat olduqlarını bildirib. İştirakçıları yaddaş, diqqət, məkan təfəkkürü və dil baxımından da test ediblər. Tau protein və amiloid beta səviyyəsini təyin etmək üçün 113 nəfər pozitron emissiya tomoqrafiyasından keçirilib.

Məlum olub ki, təkrarlanmış mənfi düşüncə sonrakı dörd il ərzində koqnitiv funksiyaların azalmasına (məsələn, yaddaş pozğunluğu), həmçinin Altsheymer xəstəliyində də müşahidə olunan beyində zərərli protein aqreqatlarının çökməsinə gətirib çıxarır. Artıq məlumdur ki, depressiya və stress demensiyanın inkişaf amilləridir, lakin ilk dəfə müəyyən düşüncə formalarının belə bir amil kimi çıxış edə biləcəyi göstərilib.

2019-cu ilin sentyabr ayında həftədə bir neçə dəfə edilən məşqlərin xəstəliyin yüksək riski olan insanlarda Altsheymer xəstəliyinin inkişafını gecikdirə biləcəyi bildirilmişdi. Bu nəticələr ABŞ-ın Texas Universitetinin Cənub-qərb tibb mərkəzinin alimləri tərəfindən təqdim olunmuşdu.

Aytən Məftun, PUBLİKA.AZ

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300