Bərdədə REYD- Saxta içkilər hazırlayan müəssisəAŞKARLANDI -FOTO

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin (AQTA)əməkdaşları daxil olan məlumat əsasındaBərdə rayonu, Qarabağ küçəsi 22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Sadiqi Namik Məmməd oğluna məxsus olan "Gogi” əmtəə nişanlı alkoqolsuz içki istehsal edən sexdə reyd keçirib.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Bundan əlavə sexdə istifadə edilən xammalların mənşəyi və keyfiyyəti barədə təsdiqedici sənədlərin olmadığı müəyyən edilib. Alkoqolsuz içkilərin saxlama müddəti 30 gün olduğu halda, məhsulun üzərində 180 gün qeyd olunduğu, texnoloji ardıcıllıq prinsiplərinə əməl edilmədiyi, bütün prosesin eyni sahədə həyata keçirildiyi aşkarlanıb. Həmçinin müəssisədə vaxtaşırı dezinfeksiya işlərinin aparılması məqsədilə müvafiq səlahiyyətli qurumla bağlanmış müqavilənin olmadığı müəyyən edilib.

Qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300