COVİD-19 pandemiyası: ümid hazırda bir dərmana qalıb

 

Koronavirus böhranının başladığı ilk günlərdə bütün ümidlər malyariya, HİV və Ebola viruslarına qarşı tətbiq olunan vasitələrə bağlanmışdı. Lakin indi onların hamısı koronavirusla mübarizədə "yarışdan” çəkilib və yerini yalnız birinə buraxıb.

İsveçrənin "Tages-Anzeiger” qəzetinin yazdığına görə, pandemiyanın baş alıb getdiyi günlərdə əslində bir neçə dərman əsas müalicə vasitələri kimi nəzərdə tutulubmuş. Bunlar QİÇS əleyhinə olan "ritonavir”lə ("Kaletra”) birlikdə istifadə edilən "lopinavir”, habelə revmatoid artridə qarşı yararlanan "xloroxin”, habelə "hidroksixloroxin”, o cümlədən Ebola epidemiyası ilə mücadilədə tətbiq olunan "remdesivir” dərmanlarıdır.

Bunların içində yalnız "remdesivir” hələ ki koronavirus qarşısında nisbi effektlilik nümayiş etdirir. Maraqlıdır ki, yuxarıda bildirildiyi kimi, "Ebola qızdırması”nın sağalması üçün nəzərdə tutulan bu dərman əslində həmin xəstəlikdə gözlənilən effekti verməyib. Lakin "New England Journal of Medicine” jurnalının yazdığına görə, həmin dərmanın tətbiqində koronavirusla əlaqədar ortaya çıxan situasiya daha fərqlidir.

"Remdesivir” sayəsində xəstələrin 15 gün əvəzinə 4 gün tez, yəni 11 günə xəstəxananı sağlam tərk etdiyi ortaya çıxıb.
Buna rəğmən ekspertlər bu məsələdə hələ ki ehtiyatlı mövqe sərgiləyirlər. "Remdesivir” oksigen aparatına qoşulmayan, həmçinin ağır vəziyyətdə olan xəstələrdə əlavə üstünlük bəxş etməyib. Görünür, bu dərman müvafiq anda müvafiq xəstəyə daha sağlamlaşdırıcı təsir göstərir”,-deyə İsveçrənin Bazel şəhərinin universitet xəstəxanasından Manuel Batteqay danışıb.

Ümumiyyətlə, adları çəkilən dərmanlar da özlərinin əsl missiyalarını da yerinə yetirmir. Məsələn, "kaletra” preparatatının HİV virusu qarşısında gücsüzlüyü bu ilin martında Çində 200 xəstə üzərində keçirilən test zamanı sübuta yetirilib. Hətta dərmanın xəstəliyin ilkin mərhələsində effekt göstərəcə biləcəyi ilə bağlı ümidlər sonradan puça çıxıb.

Xloroxin və hidroksixloroxinə gəlincə, həmin preparatların "COVİD-19” müaicəsində tətbiqi Ümumdünya Səhiyə Təşkilatının özü tərəfindən yasaqlanıb.

Adı çəkilən son dərmanlara son zərbə "The Lancet” elmi jurnalında dərc olunan məqalə vurub. Məqalə müəllifləri dünyanın 671 klinikasını birləşdirən "Surgical Outcomes Collaborative” təşkilatının məlumat bazasından istifadə edərək bu preparatları incələyiblər. Məlum olub ki, hidroksixloroxin və ya xloroxin qəbul edilən 15 min xəstə içində ölüm halları digər koronaviruslu xəstə qrupları içində qat-qat çox olub.

"Bu gün heç bir vasitə situasiyanı kökündən dəyişə bilməz”,-deyə Sürix universitet xəstəxanasının nəznində İnfeksiya xəstəlikləri və hospital gigyena klinikasının direktor müavini Günthard Huldrix qəzetə bildirib.

Onun fikrincə, "Sars-CoV-2” virusuna qarşı monoklonal anticisimlərin köməyi ilə virusun bədəndə yayılmasını önləmək mümkündür. "Lakin çətin ki, bu 2021-ci ildən öncə baş tutsun”,-deyə "Tages-Anzeiger” qəzetində məqaləni sonunda qeyd olunr.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300