3 May Türkçülük Günü

 

Dünyadakı türklərin hər il qeyd etdiyi 3 may Türkçülük Gününə gətirən proseslər 1942-ci ildən başlayıb. Həmin dönəm Türkiyənin baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az deyildi. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğun açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi.

Ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi aydınları narahat etməyə başlamışdı. Dönəmin böyük fikir adamlarından Nihal Atsız və digər aydınlar prosesin dayanması üçün addımlar atılmasını vacib sayır, "Bozkurt”, "Orhun”, "Çınaraltı” dərgilərində kommunizmin iç üzünü açan yazılar dərc edirdilər.

Türk aydınlarının Sovetlər Birliyinin timsalında kommunizmin türk iqrinin məhvinə yönəlik ideologiya olduğunu bildirən məqalələri kommunistlərə qoşulan xeyli gənci bu yoldan çəkindirmişdi. Ancaq kommunistlər təşkilatlanmaqda davam edir və sürətlə çoxalırdılar. Həmin günlərdə Nihal Atsız Şükrü Saraçoğluna Açıq Məktub yazır. Məqalə "Orhun” dərgisinin 1944-cü il mart sayında dərc edilir. Məktubda təhsil naziri Hasan Ali Yücelin əmri ilə məktəblərdə, universitetlərdə kommunizmi təbliğ edən çap məhsullarının yayıldığı, bunun üçün ianə toplandığı bildirilir. Onun bu məsələdə ən yaxın silahdaşının Səbahattin Ali olduğu göstərilir.

Yazılanlar təhsil naziri üçün ciddi problemə çevrilir. Nazir Yücel və "Ulus” qəzetinin baş redaktoru Falih Rıfkı Atayın təşfiqi ilə Sabahattin Ali Nihal Atsızı məhkəməyə verir.

1944-cü il aprelin 26-da başlanan məhkəmə prosesi elə böyük marağa səbəb olur ki, insanların çoxluğundan hakimlər salona girməkdə çətinlik çəkirlər. Məhkəməni davam etdirmək mümkün olmadığı üçün proses mayın 3-nədək təxirə salınır.

Məhkəmə başlayan saatlarda milliyyətçi gənclik Ankarada böyük etiraz yürüş-mitinqi keçirir, türkçülüyə dava açanların cəzalandırılmasını tələb edirlər. Hökumət mitinqi dağıdır, 165 tələbə həbs edilərək Ankara zindanlarına salınır, onlara ağır işgəncələr verilir. Bu olay Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi keçir.

Mayın 3-də məhkəmə Nihal Atsızı da həbs edir. O, hücrələrinə bir nəfərin güclə sığa biləcəyi və buna görə də "tabutluq” adlandırılan həbsxanaya göndərilir.

İllər sonra Atsız həmin günlər haqqında yazırdı:"3 May türkçülüyün tarixində bir dönüm nöqtəsidir. O zamana qədər yalnız duyğu və düşüncə olan, ədəbi və elmi sərhədləri çox da aşmayan türkçülük birdən-birə geniş bir hərəkata çevrildi.Bundan sonra 3 May türkçülərin günüdür. Ona bir bayram deyə bilməyəcəyik. Çünki illərdə sürəcək böyük iztirabımız həmin gün başlayıb. Ona bir matəm demək də qəbul edilməz. Çünki həmin gün bizə bunca sıxıntının arasında böyük bir imtahan vermək, ürəkləri ilə ürəksizləri ər meydanında sınaqdan çıxarmaq, yaxşı ilə yamanı ayırmaq fürsəti verib. TÜRKÇÜLƏR! Toplu və ya fərd olaraq 3 Mayı anaq və ucaldaq”.

1945-ci ilin 29 martına qədər davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında "vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılır. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görür.

Ancaq məhkəmə sürəci bununla başa çatmır. Məhkumların hüquqlarını qoruyan vəkillər onların azad edilməsi üçün üst məhkəmələrə müraciət edir. 1947-ci il martın 31-də məhkumlar bəraət alır.

Türkçülük Gününü ilk dəfə 3 May məhkumları cəza evində qutlayıb. 1954-cü ildən isə Nihal Atsızın istəyi ilə hər il həmin gün Türklük Günü kimi qeyd olunmağa başlayıb. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan bu günə qədər 3 May daha geniş qutlanır.

"Ankara nümayişi”ni anmaq üçün ilk dəfə 3 may 1945-ci ildə həbsxanada Nihal Adsız, Zəki Vəlidi, Nejdet Sançar, Reha Oğuz Türkqan başda olmaqla 10 məhkum tərəfindən bayram edilib.

Daha sonrakı illərdə də davam edən bu bayram "Türkçülük günü” adını alıb.

Nihal Atsız öz məqalələrində 3 mayın bayram deyil, milli şüurun oyanışı olduğunu qeyd edib.

"Millətçilik”

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300