Dünyada koronavirusdan ölənlərin sayı 240 min nəfəri ötdü

 

Dünyada koronavirusdan ölənlərin sayı 240 mini ötüb, virusa yoluxanların sayı isə 3 milyon 424 min 210 nəfərə çatıb.

Ölkələr üzrə vəziyyət isə aşağıdakı kimidir.

Fransada ölənlərin sayı 24 min 594 nəfər, yoluxanların sayı isə 167 min 346 nəfərdir.

Maraqlıdır ki, koronavirusun ilk ortaya çıxdığı Çində isə son 24 saat ərzində nə yoluxma, nə də ölüm faktı qeydə alınmayıb. Bu günə qədər ölkədə 82 min 875 nəfərdə koronavirus tapılıb, 4 min 633 nəfər isə virusdan ölüb. Bununla belə 77 min 684 nəfər virusdan sağala bilib.

İspaniyada son 24 saatda koronavirusdan ölənlərin sayı 276 nəfər artaraq, 25 min 100 nəfərə çatıb.

Almaniyada isə virusdan ölənlərin sayı 6 min 736 nəfər olub. Ümumiyyətlə isə Almaniya digər Avropa ölkələri arasında koronavirusa qarşı ən yaxşı mübarizə aparan ölkə hesab olunur. Belə ki, son 24 saatda virusdan ölənlərin sayı 113 nəfər olub. Virusdan sağalanların sayı isə 129 min nəfərə çatıb.

Cənubi Amerika ölkəsi olan Braziliyada isə virusdan ölənlərin sayı 6 min 434 nəfər, virusdan yoluxanların sayı isə 92 min 630 nəfərə çatıb.

Banqladeşdə virusa yoluxanların sayı 8 min 231 nəfər çatıb. Məlum olub ki, virusa yoluxanların 11 faizi tibb işçiləridir.

İngiltərədə də vəziyyət gərgin olaraq qalır. Ölkədə virusdan ölənlərin sayı 27 min 510 nəfər, virusa yoluxanların sayı isə 177 min 454 nəfər olub.

ABŞ-da isə koronavirusa yoluxanların sayı 1 milyon 132 min nəfəri ötüb, ölənlərin sayı isə 65 min 783 nəfər olub.

İtaliyada da vəziyyət gərgin olaraq qalır. Bu ölkədə virusa yoluxanların sayı 207 min 428 nəfər, virusdan ölənlərin sayı isə 28 min 236 nəfərdir.

İspaniya isə koronavirusa yoluxma sayına görə ikinci sıradadır. Bu günə qədər ölkədə virusa yoluxanların sayı 245 min 567 nəfər, virusdan ölənlərin sayı isə 25 min 100 nəfərdir.

Xalidə Gəray,musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300