Siqaretin mutasiya və xərçənglə əlaqəsi sübut edildi

İngiltərənin York Universitetinin tədqiqatçıları siqaretin yaratdığı toksinlərin DNT-yə necə ziyan vurduğunu açıqlayıb.

Uluyol.az bildirir ki, elmi araşdırmanın nəticələri "Medical Xpress” saytında yayımlanıb. Araşdırma məsanə (böyrəkdən süzülən sidiyin yığıldığı və xaricə atıldığı, adalələrdən ibarət içi boş orqan) xərçənginin səbəbini və xəstəliyin siqaretlə əlaqəsini aşkar etməyə kömək edəcək.

Elm adamları laboratoriyada məsanə toxumasını böyüdüb və siqaret tüstüsü komponentlərinə məruz qoyub. Bundan sonra mütəxəssislər təcrübə zamanı ortaya çıxan unikal mutasiyaları tapmaq üçün hüceyrələrin DNT-sini təhlil edib. Siqaretin genetik materiala ziyan vurduğu ortaya çıxıb, ancaq məsanə xərçəngi toxumalarında mutasiyaların yalnız kiçik bir hissəsi müvafiq toksinlər səbəbindən meydana gəlib.

Beləliklə, siqaret məsanə xərçəngi üçün əsas risk faktoru olsa da, tüstü toksinləri tərəfindən DNT-nin birbaşa zədələnməsi bu tip bədxassəli şişlərin yaranmasının əsas səbəbi ola bilməz. Zərərli maddələr genlərə zərər verən və APOBEC fermentlər ailəsini cəlb edən digər mexanizmləri işə sala bilər. Bu fermentlər viruslarda mutasiyaya səbəb olur və bədənin təbii müdafiəsinin bir hissəsidir, lakin bəzən sağlam hüceyrələrin DNT-sinə zərər verərək xərçəng yaradır.(publika.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300