Parlamentə əlavə seçkilər nə zaman keçiriləcək? - iki rəy

 

Fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 4 seçki dairəsinin nəticələri MSK tərəfindən etibarsız sayılıb. Bu dairələr 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələridir. MSK-nın ilkin açıqladığı nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq, Hüseynbala Mirələmov, Rauf Abbasov (Arifoğlu), Hadi Rəcəbli və Çingiz Qənizadənin qalibiyyəti elan edilmişdi.

Dairələrin nəticələrinin etibarsız sayılması ilə əlavə seçkinin keçirilməsi üçün zərurət yarandı. Hələ ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan olunmamışdan öncə bu dairələr üzərində yeni mübarizələr başlamışdı. Xüsusilə də 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə iddiaçılar gözləniləndən çox ola bilər. Artıq onlardan bəziləri sosial şəbəkədə öz iddialarını irəli sürüblər.

Lakin koronavirus pandemiyası ilə bağlı mövcud durum bütün tədbirlərlə yanaşı, seçkiləri də arxa plana keçirib. Bəs qanunda seçkinin keçirilməsi ilə bağlı məcburiyyət varmı? Keçirilərsə bu, hansı aya düşə bilər?

Seçki Məcəlləsinin tələbinə görə, nəticələri ləğv edilmiş dairələrdə əlavə seçkilər keçirilməlidir. Seçki Məcəlləsinə görə əlavə seçkiləri ölkə prezidenti təyin edir. Məhz prezidentin bu barədə qərarından sonra seçkinin günü bəlli olur. Prezidentin əlavə seçkiləri təyin etməsi üçün isə qanunda konkret müddət əksini tapmayıb. Bir sıra siyasi analitiklər isə hesab edir ki, koronavirus pandemiyası başa çatandan sonra seçkinin keçirilməsi mümkündür.

Nəticələri ləğv edilmiş 33 saylı seçki dairəsindən namizədliyini vermiş Ağ partiya sədrinin müavini Əhəd Məmmədli Musavat.com-a bildirib ki, o, seçkilərdən öncə referendumun olacağını zənn edir:

"Referendum keçiriləndən sonra artıq proporsional sistemə keçid olacaq və ola bilsin ki, deputatların sayı 125 yerdən 150 yerə qədər artırılacaq. Ondan sonra isə seçki keçiriləcək. Hesab edirəm ki, 2 il ərzində Azərbaycanda yenidən parlament seçkilərinin keçirilməsi elan olunacaq.

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, o, seçkilərin bu ilin payızında keçiriləcəyini düşünür:"Zənnimcə indiki şəraitdə seçkilərin keçirilməsi çətin görünür. Lakin payıza doğru bu, mümkündür. Pandemiyanın tamamilə aradan qalxması, virusa yoluxan sonuncu şəxsin də sağaldılmasından sonra məncə siyasi proseslərin bütün növlərinə, o cümlədən də seçki kampaniyalarına start verilə bilər. Bunun üçün isə bir neçə ay lazım gələcək”.

Əli Rais, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300