Fransa iqtisadiyyatı son 70 ilin ən ağır böhranını keçirir

 

Koronavirus pandemiyası Fransada Ümumi Daxili Məhsulun rekord həcmdə azalmasına səbəb olub – bu ilin birinci rübündə 5,8 faiz. Ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun ilkin hesablamalarının nəticəsi bunu göstərir.

İnstitut ekspertlərinin dediyinə görə, bu, hesablamaların aparılmağa başladığı 1949-cu ildən bəri ən kəskin azalmadır. Hətta 2009-cu il böhranı zamanı belə Fransada ən kəskin rüblük azalma 1,6 faiz olmuşdu.

Ötən ilin son rübündə qeydə alınan 0,1 faizlik azalmanı da nəzərə aldıqda, Fransada ağır ressesiyanın başlandığını söyləmək mümkündür. Ölkədə investisiyaların həcmi 11,8 faiz azalıb. Əhalinin istehlakı isə ən çox həcmdə - 6,1 faiz aşağı düşüb. Bununla bərabər, ölkənin ticarət əlaqələrində də görünməmiş azalma qeydə alınır: ixrac həcmi 6,5 faiz, idxal isə 5,9 faiz azalıb.

İnstitut ekspertlərinin hesablamalarına görə, karantin rejiminin hər ayı Fransada ÜDM-in illik ifadədə 3 faiz azalmasına gətirib çıxarır. İqtisadiyyatın yenidən aktivləşməsi isə uzun müddət tələb edəcək. Fransanın baş naziri Eduar Filipp bildirib ki, karantin rejimi mayın 11-dən etibarən yumşalmağa başlayacaq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300