Müğənni həbs edilən başçıdan danışdı: "Paçkalarla dolları... "

 

Gənc müğənni, "Abşeron" qrupunun solisti Şəhriyar Məhərrəmov bu gün həbs edilən Biləsuvar rayon İcra Hakimiyyərinin başçısı Mahir Quliyevlə bağlı bəzi xatirələrini bölüşüb.

 

M.Quliyev barədə sosial şəbəkədə yazan müğənni icra başçısını təxminən 15 ildir tanıdığını və onun həmin vaxt restoranda işlədiyini deyib: "2005, ya 2006-cı il idi, dəqiq yadımda qalmayıb, bulvardakı restoranda ofisiant işləyirdim. Mahir bəy o vaxtı həmin restoranı işlədirdi, adminstrator, ya müdir kimi.

 

Bir dəfə aşağı zalda Telman İsmayılovun anasının ad günü oldu. Telman və dostları o qədər dollar səpmişdilər ki, məclis qurtarandan sonra adminstrator zalın tavanında bəzək kimi vurulan alçipanın arasından paçka-paçka dollar çıxardırdı. Pullar səpilərkən bəzi paçkalar açılmayıb topa ilə alçıpanın arasına girib qalırdı.

 

O qədər pulu yığdılar, amma səhərdən gecəyə kimi VÖEN-siz, heç bir müqaviləsiz az maaşa işləyən ofisiantlara-bizə bir qəpik də vermədilər". (Publika.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300