Koronavirusun təbiətə faydası – şəffaf səma hansı xəstəliklərin qarşısını alır?

 

Bu günlər Pekin və Dehlidə qeyri-adi təmiz hava müşahidə edilir. Los-Ancelesdə isə təpəliklərin nadir mənzərəsi aydın görünür.

COVID-19-la bağlı qapanmaların yaxşı tərəfi hava çirkliliyinin azalmasıdır. Belə ki, sənaye və istehsal sahələrində fəaliyyət məhdudiyyətləri və avtomobil qazı tullantılarının azalması havanın təmizlənməsinə yardım edib.

Son araşdırmalara görə, şəffaf səma 7 mindən çox vaxtsız ölüm və 7 minə yaxın astma tutmalarının qarşısını alıb. Bu barədə "Amerikanın səsi" məlumat yayıb.

Alimlər 27 ölkədə yerləşdirilən 10 min hava monitoru vasitəsilə əldə edilən göstəriciləri əvvəlki lllərlə müqayisə edib. Araşdırmalar ümumilikdə nitrogen dioksid səviyyəsinin 29%, ozonun 11%, PM2.5-in isə bəzi yerlərdə kəskin səviyyədə azaldığını müəyyən edib.

Bəs Azərbaycanda durum necədir?

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda da aparılan monitorinqlər nəticəsində havanın xeyli normallaşdığı görünüb: "Aprel ayının ilk günlərində keçirilən monitorinqin nəticələrinə əsasən Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektlərində və Ukrayna dairəsində atmosferə atılan çirkləndirici qaz qarışıqlarının sanitar norma daxilində olduğu müəyyən edilib".

2020-ci ilin mart ayında həmin ərazilərdə aparılmış monitorinqlərin nəticəsində isə havada azot 4-oksid və dəm qazı yol verilən qatılıq həddindən artıq olmuşdu.

Musavat.com-a danışan ekoloq Telman Zeynalov da bildirib ki, bugünlərdə dünyada olduğu kimi Azərbaycanda da hava təmizlənir:

"Avtomobillər əvvəlki kimi hərəkət etmir, təyyarələrlə sərnişindaşıma fəaliyyəti isə tamamilə dayandırılıb. İctimai-iaşə obyektləri və digər müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb, bununla da atmosferə atılan qaz qarışıqlarının miqdarı minimuma enib".

Ekoloq hesab edir ki, bu, müvəqqəti bir haldır və havanı təmizləmək üçün atılan tullantılara nəzarət etmək lazımdır. Ekoloq bildirib ki, hazırkı dönəmdə dünyanı düşündürən su qıtlığı və ətraf mühitin çirklənməsi ilə bağlı məsələdir ki, bu da problem olaraq qalır.

Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilir ki, Bakı şəhərində 22 mart tarixindən başlayan sosial izolyasiya tədbirlərindən sonra atmosfer havasına atılan tullantıların miqdarı 25-30 faiz, gücləndirilmiş izolyasiya tədbirlərindən sonra - 7 aprel tarixində isə 45-50 faiz azalıb. Bununla yanaşı, aprel ayının əvvəlində arabir yağıntılı və küləkli günlərin olması da havanın təmizlənməsi üçün şərait yaradıb. Beləliklə, paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300