Şərqşünaslıq İnstitutunda "Cənubi Azərbaycanın türk (Azərbaycan) oykonimləri” kitabı çapdan çıxıb

 

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi Aybəniz Həsənovanın "Cənubi Azərbaycanın türk (Azərbaycan) oykonimləri” kitabı çapdan çıxıb.

Giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət kitabda ilk dəfə olaraq xalqımızın ən qədim yaşayış məskənlərindən olan Cənubi Azərbaycan ərazisindəki yaşayış məntəqə adları toplanıb və bunlar müasir toponimik səviyyədə tədqiq edilib. Bu və ya digər məqsədlə yazılmış bəzi əsərlərdəki epizodik məlumatlar istisna olmaqla, tədqiq edilən regionun toponimiyası, xüsusən onun oykonimiyası indiyə qədər nə İranda, nə də respublikamızda ayrıca tədqiq obyekti olmayıb. Buna görə də bu əsərdə ilk təşəbbüs olaraq Cənubi Azərbaycan oykonimiyası toplanıb və sistemləşdirilib, onların qeydə alındığı mənbə və məxəzlər nəzərdən keçrilib, ayrı-ayrı paleo və mezooykonimlərin, imkan daxilində ilkin forma və variantları bərpa edilib, oykonimik adların yaranma və törəmə, meydana gəlmə və normalaşma yolları müəyyənləşdirilib, leksik-semantik qrupları (etnooykonimlər, antropooykonimlər, fitooykonimlər, orooykonimlər, hidrooykonimlər, əlamət və keyfiyyət bildirən oykonimlər və s.) aydınlaşdırılıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300