NATO rəsmisi: "Azərbaycanla əla əməkdaşlığımız var”

 

"Azərbaycanın özünəməxsus oriyentasiyası var: Bakı Rusiyanın müttəfiqi deyil, amma NATO-ya üzv olmaq da istəmir”.

"Report” xəbər verir ki, bunu Rusiyanın "Nezavisimaya qazeta” nəşrinə müsahibəsində NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Ceyms Appaturay deyib.

"Azərbaycanla əla əməkdaşlığımız var. Hərbi rəhbərliyimizlə Rusiyanın ən yüksək hərbi rəhbərliyi arasında görüşlərimizə Azərbaycanın ev sahibliyi etməsi buna yaxşı nümunədir. Bu istiqamətdə əhəmiyyətli əməkdaşlığı inkişaf etdiririk”, - o bildirib.

Alyansın Cənubi Qafqazla əməkdaşlığına münasibət bildirən baş katibin köməkçisinin müavini NATO-nun bu bölgədə daha fəal olduğunu qeyd edib: "Bölgənin hər üç ölkəsi - Gürcüstan, Azərbaycan, Ermənistan NATO ilə əlaqələri möhkəmləndirməyə səy göstərir. Gürcüstanın Şimali Atlantika alyansına üzv olmaq üçün aydın istəkləri mövcuddur. Bu ölkədə çox fəal iştirak edirik. Gürcüstana siyasi müstəqilliyi, suverenliyi qorumaq və məqsədinə çatmaqda kömək etmək istəyirik. Bu ölkənin insanları bunu istəyir və biz onların istəklərinə hörmət edirik”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300