İnternet vasitəsilə maska və dezinfeksiya maddələri alarkən diqqətli olun

 

Çində meydana çıxan və bütün dünyaya sürətlə yayılan koronavirus Avropada hər gün daha da sürətlə yayılır.

Musavat.com xəbər verir ki, İngiltərədə aparılan araşdırma zamanı məlum olub ki, bundan istifadə edən bir çox dələduz 1 milyon 860 min funt sterlinq dəyərində mənfəət əldə edib.

İngiltərə polisi ölkədə fəaliyyət göstərən çox sayda qurumun və ayrı-ayrı şəxslərin internet saytları vasitəsilə "koronavirus dələduzluğu”nun qurbanı olduğunu bildirib. Açıqlamada qeyd edilir ki, aldadılan qurum və şəxslərin saxta alış-veriş səbəbilə itirdikləri pulun miqdarı 1 milyon 860 min funt sterlinqdən çoxdur.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, koronavirus pandemiyasını fürsətə çevirmək istəyən şəxslər ən çox Qərbi Afrikada fəaliyyət göstərirlər.

Bu şəxslər qruplaşmalar şəklində fəaliyyət göstərirlər. Onlar yüzlərlə saxta internet səhifəsi açaraq, orada məhsulları satışa çıxarır və bu yolla insanları aldadaraq, onların pullarını mənimsəyirlər.

Zərərçəkənlər arasında bir çox xırda müəssisələr, xəstəxanalar, qocalar evi və ayrı-ayrı şəxslər var.

Araşdırmaçıların sözlərinə görə, bu saytlarda ən çox dezinfeksiya məhsulları və maskalar "satışa çıxarılır".

Toğrul İsmayıl, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300