Bu ölkədə bütün koronavirus xəstələri sağaldı

 

Atlantik okeanın şimalında yerləşən, Danimarkaya bağlı olan muxtar respublika Qrellandiyada koronavirus infeksiyasına yoluxan bütün xəstələr sağalıb.

 

Qaynarinfo xəbər verir ki, 80 min əhalisi olan ölkədə 770 nəfər koronavirus testindən keçirilib. Onlardan 11 nəfərin nəticəsi müsbət çıxıb. 11 xəstənin hamısı sağalıb. Son 4 gündə yeni xəstə aşkarlanmayıb.

 

Buna baxmayaraq, ölkə rəhbərliyi hələlik "koronavirus üzərində qələbə" elan etməyin tez olduğunu bildirir. Səhiyyə Nazirliyinin rəsmisi Henrik Hansen yerli "Sermitsiaq AG" qəzetinə açıqlamasında "Hazırda vəziyyət normaldır. Amma virusun ölkədə yayılmasının nə vaxt dayanacağını indidən deyə bilmərik. Xəstəliyin simtomlarının müşahidə olunması 14 günə qədər uzana bilir. Buna görə qadağaların ləğv olunması üçün yeni yoluxmanın olmadığından əmin olmalıyıq" deyib.

 

Qeyd edək ki, Qrellandiyada bir neçə həftədir 10-dan artıq insanın bir ayaya gəlməsi qadağandır. Bundan başqa Danimarka vətəndaşı olmayan insanların adaya girişi dayandırılıb, əksər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300