Karantin günlərində necə qidalanmalı?- Dietoloq məsləhəti

 

Karantin günlərində hər kəsi qayğılandıran məsələlərdən biri də ev şəraitində hərəkətsizlik və qida rejiminin pozulması, insanların daha çox oturaaq həyat tərzinə meyllənməsidir ki, bunun da nəticəsi arzulolunmaz çəki artımı ilə nəticələnir.

Xüsusən də vətəndaşlar market və mağazalarda qıtlıq yaranması ehtimalını, o cümlədən küçəyə çıxma yasağını düşünərək, daha çox un və makaron məmulatları, o cümlədən konservləşdirilmiş məhsullar, şirniyyatlar alırlar. Bütün bunlar isə sağlam qidalanma hesab olunmadığından həm kökəlməyə meyllilik yaradır, həm də orqanizmə ziyan vurur.

Dietoloq, bir neçə diet kitabının müəllifi Leyla Zülfüqarova Musavat.com-a açıqlamasında bildirdi ki, eyni qida rejimi ilə həm normal çəkini, həm də immuniteti qoruya bilərik:"Koronavirusla mübarizə üçün görüləcək ən yaxşı iş evdə qalmaq və karantin tələblərinə əməl etməkdir. Çalışaq ki, yoluxmayaq və insanları da yoluxdurmayaq. Bu zaman ən əsas məsələ immun sistemini gücləndirməkdir ki, virusla qarşılaşsaq belə orqanizmimiz ona müqavimət göstərə bilsin. Bundan başqa insanlar həm də çəki artımına yol verməməyə çalışırlar. Bu məsələlərin hər ikisində sağlam qidalanma ön plana keçir. Sağlam qidalanmaqla biz həm normal çəkidə qala, həm də immun sistemini gücləndirməklə virusa qalib gələ bilərik. Biz elə qidaları tövsiyə edirik ki, hər ikisinə xidmət etsin. Hazırda evdə olduğumuz üçün qidalanmamızı nizamlaya bilərik. Əvvəllər işə daha çox zaman ayırdığımızdan yeməkləri ayaqüstü yeyirdik, əlimizə nə keçirdisə onunla qidalanırdıq. Bu günlərin avantajı odur ki, özümüz nizamlaya bilərik, çörəyi belə özümüz evdə bişirə bilərik. Bu zaman nəinki çəkimiz artmaz, hətta arıqlaya bilərik. Ancaq hərəkətsizlikdə arıqlamaq çətindir. Ev şəraitində müəyyən idman hərəkətləri də etməklə çəkilərdən azad ola bilərik.”

Dietoloq hesab edir ki, bu hərəkətsiz günlərdə çörək, şəkər qrupunda yer alan qidalar, şokoladlar, kartof, makaron, düyü məhsullarını menyudan çıxartmaq lazımdır:"Çünki biz evdən çıxmırıq, hərəkət etmirik və kalori xərcləyə bilmirik. Evdə ancaq rəqs edərək həm kalori yandırmaq olar, həm də bir qədər müsbət əhval-ruhiyyə qazana bilərlər. Kalori yandıra bilmiriksə, daha çox çiy məhsullara üstünlük verməliyik. Bu həm immuniteti gücləndirir, həm də kilo verməyimizə xidmət edir.

İlk növbədə süd məhsulları – burada süd , qatıq və kəsmik daha çox önəmlidir. Gündə 1 stəkan süd içmək, 3-4 dəfə qatıq yemək olar, bol-bol kəsmik orqanizmə faydalıdır. Koronavirusa qarşı güclü olmaq üçün lazımlı sink maddəsi lazımlıdır, bu isə daha çox balıq məhsullarındadır. Balıq həm də bol mineral və protein qaynağıdır. Həm də orqanizm üçün karbohidrat qədər təhlükəli deyil. Üçüncü isə, ən gərəkli olan C vitamidir. Bu da meyvə və tərəvəzlərdədir. Deməli eyni qida rejimi ilə həm immuniteti gücləndirə, həm də çəkini normada saxlamaqla nail ola bilərsiniz”.

L.Zülfüqarovanın sözlərinə görə, çəkini uzun müddət normada saxlamaq üçün də sağlam məhsul almaq lazımdır:"Biz sosial şəbəkələdə görürük ki, insanlar daha çox şirniyyat və bişmələrdən istifadə edirlər, karantin günlərini "qarın bayramı” elan edənlər var. Hətta nə isə bişirib qohum-qardaşı da çağırırlar. Bu olmaz. Kalorini xərcləmək üçün isə kitab oxumaq olar. Bu zaman da zehniniz işləyir və zehni fəaliyyətlə 150 kilokalori xərcləyə bilərik.

İnsanlar karantin olduğu üçün tez-tez alışı-verişə getməsinlər deyə, xarab olmayan konservləşdirilmiş qidalar alırlar. Ancaq əgər alırlarsa, daha çox konservləşdirilmiş balıq məhsulları alsınlar. Məsələn, yağda olan tuna balığı konservlərin ən faydalısıdır. Turşulardan isə kələm turşusu təbii probiotik mənbəyidir. Bizim probiotikə ehtiyacımız var. Bu bağırsaqların mikroflorasını təmin edir. Kələm turşusu da qatıq kimi probiotik effektə malikdir. İnsanlar düşünürlər ki, qida qıtlığı yaşa bilərlər, yarımfabrikat məhsulları alıb tədarük görürlər. Təəssüf ki, bu qrupda yer alan qidaların çoxu karbohidratlardır. Ancaq bu zaman da sağlam qidanı seçmək olar, məsələn, paxlalılardan lobya, noxud, mərci, qarabaşaq və s. almaq olar. Bu məhsullar normal bişmiş halda, normal porsiya ilə günün birinci yarısı yeyilərsə, orqanizmhəmin qidaları yaxşı qarşılayacaq. Bunu həm uzun müddət saxlaya, həm də sağlam qidalana bilərik. Havasızlıq da orqanizmə pis təsir edir. Evləri tez-tez havalandıraraq, eyvana çıxıb, oksigen ehtiyacımızı da qarşılamalıyıq”.

Nərgiz LİFTİYEVA,
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300