Rüştü Reçber xəstəxanadan buraxıldı
Koronavirusa yoluxmuş Türkiyə millisinin sabiq futbolçusu Rüştü Rəçbər xəstəxanadan buraxılıb. "Report"un "NTV Sport"a istinadən verdiyi məlumata görə, veteran qapıçı müalicəsinə evində davam edəcək.
Qeyd edək ki, Rüştü Rəçbərdə koronavirusun simptomları martın 29-da aşkarlanıb.