"Makro 2000"dən Koronavirusla Mübarizəyə böyük dəstək: "Sevincimiz də, kədərimiz də birdir"

"Makro 2000 Eğitim Teknolojileri İnşaat Taahhüt iç və dış ticaret anonim” şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat ianə edib.

Uluyol.az xəbər verir ki, bu barədə şirkətin prezidenti Lokman Biter məlumat verib.

"Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi (TÜİB) üzvi olan "Makro 2000 Eğitim Teknolojileri İnşaat Taahhüt iç və dış ticaret anonim” Şirkətinin prezidenti Lokman Biter bildirib ki, Azərbaycanın sevincinə də, kədərinə də ortaqdırlar:

"Koronavirus bütün dünyanı təhdid edir. Virus insan sağlamlığı ilə yanaşı iqtisadiyyata da ciddi zərbələr vurur. Koronavirus həm Türkiyə, həm Azərbaycana ciddi zərərlər verir. Bu bəladan el birliyi ilə çıxmalıyıq. Azərbaycan və Türkiyə sözdə yox, həqiqətən də qardaşdır. Biz türkiyəli iş adamları Türkiyə ilə yanaşı qardaş Azərbaycanın da bu çətin dönəmdən dik çıxması üçün çalışmalıyıq. Dövlətlərimizin, xalqımızın yanında olmalıyıq.

Azərbaycana dəstək üçün biz də əlimizdən gələni edirik. Prezident İlham Əliyevin çağırışına qoşularaq 30 min manat Fonda ianə etdik. Ümid edirik ki, bu çətin dönəmdən güclü çıxacağıq”.

Xatırladaq ki, TÜİB üzvi olan bir çox şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.//yenicag.az


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300