Tanınmış qarmon ifaçısı vəfat etdi

 

Azərbaycanın tanınmış qarmon ifaçısı Xanlar Cəfərov dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov sosial şəbəkədə məlumat yayıb.

O, qeyd edib ki, musiqiçi bu gün 64 yaşında vəfat edib:"Bircə bu mart ayı tez keçsəydi... Hər günü bir acı xəbər, hər saatı ölüm qoxdu bu ayın. Son günü də acı xəbərlə açdım: illərlə tanıdığım insan, Azərbaycan musiqi sənətində xüsusi yeri olan qarmon ifaçısı Xanlar Cəfərov dünyasını dəyişdi. O qədər acı xəbər oldu ki... Sanki uçmuş bir dağın altındayam. İllərlə tanıdığım, sənətinə heyran olduğum insan idi Xanlar müəllim. Fitri istedad idi. O, qarmonu hər iki əli ilə eyni vaxtda çala bilirdi. Təkcə ifaçı deyildi, həm də bəstəkar idi. Bir çox oyun havalarını özü bəstələmişdi. Amma bunu çox az adam bilirdi. Xanlar Cəfərov tək-tük sənətkarlardan idi ki, Azərbaycan musiqi sənətinin ən nəhəng korifey insanlarını canlı görmüşdü. Uşaqlığı o insanların əhatəsində keçmişdi. Bakı toylarının bəzəyi idi. Elə özü də xan kimi insan idi. Təkcə sənəti deyil, ədəb-ərkanı da məktəb idi bu insanın. Xanlar Cəfərov əsl Azərbaycan kişisi idi. Bu gün bir yarpaq da əskildi musiqi sənətimizdən, bu gün əsl insan getdi aramızdan. Sənətkar, ata, dost kimi itirdik daha gözəl bir ziyalını. Yerin behişt olsun”.

Xanlar Cəfərovun ölüm səbəbi də məlum olub.

X.Cəfərovun musiqiçi dostları musavat.com-a bildiriblər ki, qarmon ifaçısı mart ayının 12-də Gəncədə toy məclisində iştirak edib. Həmin məclisdə soyuqladığı üçün onun səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib.

Bu gün xəstəxanada X.Cəfərovun qan təzyiqi qalxıb və həkimlər onun həyatını xilas edə bilməyiblər.

Könül, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300