Marketlərdə əldən-ələ gəzən çörəklər:onlara kim nəzarət etməlidir?

 

Azərbaycanda koronavirus infeksiyasından (COVİD-19) qorunmaq üçün ekspertlər tövsiyə edirlər ki, marketlərdən açıq şəkildə satılan məhsulları alarkən diqqətli olmaq lazımdır.

Son zamanlar ölkə əhalisini ən çox narahat edən məsələ marketlərdə açıq formada satılan çörəklərdir.

Musavat.com xəbər verir ki, bəzi marketlərdə zavod çörəkləri (kağız paketə qoyulub satılanlar) sellofan torbalara qoyulur, bəzilərində isə bu cür torbalardan istifadə edilmir.

Bəs bu çörəklər mağazalara necə paylanır?

Bir çox mağazalarda olub, bu məsələ ilə maraqlandıq. Mağazada çalışan satıcılar bildirdilər ki, çörəklər paylanan zaman sellofan torbalarda olmur.

Marketdən çörək aldı, içindən mıx çıxdı -

 

Həmin çörəkləri onlar özləri sellofan torbaya qoyub, sonra vitrinə düzürlər:"Çörəklər isti formada gətirildiyi üçün zavoddan çıxan zaman sellofan torbaya qoymurlar. Çünki isti olduğu üçün torba tərləyir, çörək keyfiyyətini itirir. Biz mağazalarda həmin çörəkləri torbaya qoyuruq və vitrinə düzürük".

Satıcıların sözlərinə görə çörək ən azı üç dəfə əldə-ələ gəzir. Ekspertlər bildirirlər ki, bu, infeksiyanın yayılması üçün səbəb ola bilər.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstəriş yayıb. Həmin göstərişdə də bu məsələ öz əksini tapıb.

Göstərişdə bildirilir:

"Müəssisələrə açıq şəkildə satılan çörək-bulka, unlu-qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə prosesinə məruz qalmayan digər qablaşdırılmamış qida məhsullarının xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməsi və bu məhsulların yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin edilmiş işçi heyət üzvləri tərəfindən istehlakçılara təqdim edilməsi tapşırılıb".

Koronavirus Azərbaycandan mikroavtobusla

Musavat.com-a danışan həkim Hüseyn Mehdiyev bildirib ki, əslində həmin çörəklərdən ciddi şəkildə infeksiya yayıla bilər:"Çörək mağazaya gətirilənə qədər bir neçə dəfə əl dəyişir. Yəni onu xüsusi qablara, maşınlara yükləyənlər var. Sonra da maşınla gəzdirib, mağazalara paylayırlar. Mağazada isə kimlərsə onu sellofan torbaya qoyub, vitrinə düzür. Göründüyü kimi, çörəyin infeksiyalaşması üçün açıq yerlər çoxdur. Ona görə də yaxşı olar ki, çörək soyuduqdan sonra bunu elə zavodlarda xüsusi sellofanlara qoysunlar. Hesab edirəm ki, məsələ ilə bağlı müəssisələr təlimatlandırılmalı, qaydalara əməl etməyənlər isə cəzalanmalıdır. Hazırda həssas dönəmdir və bütün təhlükəsizlik tədbirlərinə əməl etmək lazımdır".

Əli Rais, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300