Dünya iqtisadiyyatı qlobal böhrandan nə zaman çıxacaq?

 

Ekspert: "Bu, analoqu olmayan prosesdir, ona görə də...”

Son günlər koronavirus pandemiyasının iqtisadiyyatı sürüklədiyi ağır qlobal böhranın nə zaman bitəcəyi ilə yanaşı, bitdikdən sonra dünya iqtisadiyyatının nə dərəcədə sürətli bərpa edilə biləcəyilə bağlı müzakirələr genişlənir.

İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, bu suala cavab tapmaq baxımından son 50 ildə baş verən böhranlardan sonrakı dinamikanı izləmək maraqlıdır:"1973-75-ci illərin böhranında qlobal iqtisadi artım tepmi 6.3%-dən 0.6%-ə düşdü. 1976-cı ildə iqtisadi artım eyni sürətlə bərpa oldu - 5.7%. Amma 1977-ci ildə sürətlə eniş başladı və 1982-ci ildə ən aşağı həddə - 0.4%-ə düşdü.

Bu müddət baş verən böhran neft bazarlarından qaynaqlanan böhranlar idi. Ərəb ölkələrinin ABŞ-a neft satışına qoyduğu embarqolarla başlayan neft savaşı qısa müddətə neftin qiymətini 10 dəfəyədək artırdı (8 ildə 3 dollardan 32 dollara qədər). Nəticədə real sektor yüksək neft qiymətlərinə dözməyib ciddi böhrana girdi. Yüksək neft qiymətləri qlobal miqyasda yüksək inflyasiya ilə müşaiyət olunmağa başladı (məsələn, ABŞ-da həmin illərdə 15-18% interavalında).

Neftin ucuzlaşması ilə iqtisadi artım dərhal bərpa edilməyə başladı - 1983-87-ci illərdə artıq 3.5-4.5%-lik artım bərpa edilmişdi.
1987-ci ildə ABŞ-ın fond bazarının tarixinə "qara çərşənbə" kimi düşən hadisə ilə daha çox yadda qalan maliyyə böhranı çox genişlənmədən qısa müddətdə aradan qalxdı və Körfəz müharibəsi başlayana qədər qlobal iqtisadi artım tempində ciddi zəifləmə olmadı.
1990-91-ci illərdə Çinin də daxil olduğu nəhəng sosializm iqtisadi ukladının çökməsi, Körfəz müharibəsi, yüksək neft qiymətləri iqtisadi artımı yenidən kəskin şəkildə aşağı çəkdi: 1998-89-cu ildəki 3.5-4%-lik artımdan 1.5%-ə düşdü.

97-ci ildən başlayan maliyyə böhranına qədər yenidən 3-3.5%-lik artım 1998-ci ildə neft bazarının çöküşü və maliyyə böhranının təsirilə 2% səviyyəsinə qədər zəiflədi.

2000-ci illərin əvvəlində ABŞ-da texnoloji nəhəngin çökməsi, "Əkizlərə" hücum yenidən 3-4%-lik qlobal artımı 1.9%-in altına saldı.
2003-2007-də aralığında neft bazarlarında başlayan yüksəlişlə müşahidə olunan qlobal artım 3-4.3% intervalında dəyişdi, 2009-da qlobal maliyyə böhranı 1.7%-lik iqtisadi daralmaya gətirib çıxardı.

Bura qədər sadaladığım 40 ilik böhranların heç birində qlobal iqtsadi azalma olmamışdı. Bunun səbəbi 2008-2009-cu il böhranının daha dərin olması və bütün ölkələri əhatə etməsi idi. Məsələn, 1997-1998-ci ilə maliyyə böhranı əsasən Asiya ölkələrini və Rusiyanı vurdu.
2010-da qlobal iqtisadi artım həddən artıq sıçrayışla bərpa olundu - 4.3%.

Ondan sonrakı 8 ildə, yəni 2011-2019-cu illərdə qlobal iqtisadi artım daha sabit oldu və 2.6-3.3% aralığında dəyişdi”.



Ekspertin sözlərinə görə, indi 2009-cu ildən sonra axır 50 ildə ilk dəfə qlobal artımda azalma qeydə alınacağı artıq realdır:"Ən müxtəlif ssenarilərlə 2%-dən 4%-dək. İndiyə qədər olan böhranlardan görünən 2 hal var: 1) Düşüş daha sürətli olur, əvvəlki səviyyəyə artımın bərpası daha gec baş verir; 2) Kəskin enişdən sonra artımın bərpa sürəti böhranın xarakterindən asılı olur. Məsələn, maliyyə böhranları real sektora keçmədiyi halda artım böhrandan sonrakı ildə dərhal bərpa oluna bilir.

Neft birjalarındakı təlatüm və yüksək inflyasiya ilə real sektor böhranı yaşandıqda bərpa üçün ən azından 2-3 il lazım olur.
Son 50 ildə virus mənşəli, bütün iqtisadi sistemin dayanmasından dolayı böhran olmadığı üçün analogiya aparmaq olmur.
Lakin gözləntimi deyim: indiyə qədərki ənənvi böhranlardan fərqli olaraq bu qeyri-adi böhrandan sonra iqtisadiyyatın eyni sürətlə bərpa olunacağı real görünmür. Çünki bu böhranda əhalinin və biznesin davranışına əsaslı təsir göstərən sosial-psixoloji məqamlar da var. Onlar davranışlara uzun müddət təsir edəcək. Məsələn, Çinlə iqtsadi əlaqələrin bərpası zaman aparacaq. Virusun tam dayanması ilə bağlı rəsmi xəbərlər belə həmən güvən qazanmayacaq. İqtisadi əlaqələrin tam bərpası insanlar psixoloji olaraq virusa qalib gələndən sonra mümkün olacaq”.

R.Ağayev deyir ki, tam bərpa üçün başqa şərtlər də var:"Məsələn, Çin dünyada ən nəhəng işçi qüvvəsi ixrac edən ölkədir. Onun iqtisadi sabitliyi böhrana qədər xaricdə işləyən milyonlarla insanın da əvvəlik kimi öz işlərinə qayıtmasından asılı olacaq. Çünki ölkə daxilində onları işlə təmin etmək gərginlik yarada bilər.

Yaxud maliyyə-bank sektoru həddən artıq yüklənib - belə vəzyyətdə bərpa dövründə real sektorun sürətli dirçəlişi üçün resurslarda axsama olmayacaq ki? Ən nəhayət, böhranın çökmə həddinə gətirdiyi inkişaf etməkdə olan ölkələrin, eləcə də bir çox şirkətlərin borc böhranı maliyyə böhranını tətikləməyəcək ki”?

DÜNYA, musavat.com


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300