Bakıda şəxsi avtomobillərin hərəkətinə qadağa varmı? (AÇIQLAMA)

"Şəhərdaxili şəxsi avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb".

 

Modern.az xəbər verir ki, bunu ATV kanalına açıqlamasında Bakı Şəhər Baş Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

 

O qeyd edib ki, bu gün mətbuata verdiyi açıqlama düzgün anlaşılmayıb.

 

V.Əsədovun sözlərinə görə, inzibati tədbirlər və cərimələr şəhərlərarası və rayonlararası yollara aiddir:

 

"Şəhərdaxili şəxsi avtomobillərin hərəkətinə dair heç bir məhdudiyyət yoxdur. Sadəcə karantin rejimi ilə əlaqədar olaraq sürücülərə tövsiyə xarakterli müraciətlər edilib. Belə ki, onlara məsləhət kimi bildirilib ki, vacib işləri olmadığı təqdirdə şəxsi avtomobildən istifadə etməsinlər. Çünki koronavirusla mübarizənin əsas yollarından biri evdə qalmaq, özünün və başqalarının həyatını təhlükəyə atmamaqdır".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300