Mikayıl Cabbarov: "İndiki dövrdə əsas hədəfimiz qiymət manipulyasiyalarına yol verməməkdir”

 

"Qiymətlərin monitorinqi davamlı olaraq bütün iri istehlakçılarla, idxalçılarla, orta və kiçik sahibkarla həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl deyib.

M. Cabbarov bildirib ki, vəziyyət daim təhlil edilir: "Həm zəruri həcmdə ehtiyatlar, həm də ticarət dövriyyəsində olan qida və qeyri-qida məhsulları mövcuddur. Bizim bir sıra məhdudiyyətlərin tətbiq edildiyi indiki dövrdə əsas hədəfimiz hər hansı qiymət manipulyasiyalarına yol verməmək, bazarda yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısını qətiyyətlə almaqdır. Bunun üçün bizim bütün resurslarımız və alətlərimiz mövcuddur. Azərbaycan iqtisadiyyatının fundamental göstəriciləri, Azərbaycan iqtisadiyyatında olan resurslar, ehtiyatlar, bizim ehtiyatlarımız və ən əsası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi və fiskal siyasət bizə tam əminliklə deməyə imkan verir ki, yaranmış çətinliklər nəticəsində daha sağlam, daha rəqabətli və güclü iqtisadiyyata malik olacağıq.

İstər daxili bazarda iqtisadi fəallığımızın sürətləndirilməsi, istərsə də yeni ixrac bazarlarına çıxışda bu böhran bizim iş adamlarımız üçün çətinliklərlə yanaşı, bir sıra yeni imkanlar açacaq. Bu imkanların reallaşdırılması üçün bütün zəruri fəaliyyətin həyata keçirilməsi bizim və sizin üzərinə düşür. Bu yolu birlikdə keçək. Heç bir şübhəm yoxdur ki, biz bir daha birlikdə uğur hekayəsini yazmaq iqtidarında olacağıq”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300