"Qarabağ"ın qapıçısı: "Qorxulu günlər yaşayırıq"

 

"Bakıda məktəblər üç həftədir ki, bağlıdır. Ticarət mərkəzləri işləmir, restoranlar məhdud saatlarda açıqdır".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın qapıçısı Vaqner da Silva "Globoesporte" nəşrinə açıqlamasında deyib.

34 yaşlı qolkiper koronavirusa görə Bakıdakı vəziyyətlə bağlı danışıb. Braziliyalı oyunçu küçələrdə insanların az olduğunu və ölkədə bir çox uçuşların ləğv edildiyini sözlərinə əlavə edib: "Qorxulu günlər yaşayırıq. Bunlardan əlavə İran Azərbaycanla həmsərhəddir, Çin və İtaliya ilə birlikdə koronavirusa görə ölüm hadisəsinin çox olduğu ölkələrdən biridir".

Qapıçı çempionatın təxirə salındığını və hazırda evdə olduğunu vurğulayıb: "İşə qayıda biləcəyimiz üçün ikinci əmri gözləyirik. Bu pandemiyadan xəbərdar olmaq və hamının yaxşılığı barədə düşünmək vacibdir. Mən ölkəmdən çox uzaqdayam və ümid edirəm ki, Braziliyada lazım olan addımlar atılır. İnanıram ki, bu virus Braziliyada o qədər də güclü bir şəkildə yayılmır, hər şey yaxşı ola bilər. Orada ailə üzvlərim var, dua edirəm ki, virus tezliklə keçsin və normal həyata qayıda bilək. Çox şey gücümüzdən asılıdır və əminəm ki, Allahın köməyi ilə hər şey qısa müddətdə normallaşacaq".

Qeyd edək ki, "Qarabağ" Azərbaycam Premyer Liqasında 20 turdan sonra 45 xalla liderdir. Vaqner da Silva 2018-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300