İtaliyada fövqəladə vəziyyət: Giriş və çıxış qadağandır

 

İtaliyanın Baş Naziri Cüzeppe Konte tərəfindən imzalanmış qərar görünməmiş məhdudiyyətlərə səbəb olacaq və aprelin 3-nə qədər qüvvədə qalacaq. Yeni qərar 16 milyon insanın yaşadığı ərazilərə giriş və çıxışla bağlıdır. Bu barədə "Reuters” agentliyi xəbər yayıb.

Yeni qaydaya əsasən İtaliyanın ən zəngin bölgəsi olan Lombardiya, həmçinin Venesiya, Modena, Parma, Piacenza, Reggio Emilia və Rimini şəhərləri də daxil olmaqla digər dörd bölgədəki 14 əyalətə giriş məhdudlaşacaq.

Baş nazir keçirdiyi mətbuat konfransında deyib ki, ciddi səbəb olmadan bu ərazilərə giriş və çıxış qadağan olunub. Yalnız fövqəladə vəziyyətlərdə müvafiq qurumların razılığı əsasında bu, mümkün ola bilər.

"Virusun yayılmasının və xəstəxanalarımızın ağzına qədər dolmasının qarşısını almalıyıq", baş nazir deyib.

Sərəncamın nə qədər sərt qaydada həyata keçiriləcəyi aydın deyil və bazar günü Milanın iki hava limanından və Venesiya hava limanından əvvəlki qaydada uçuşlar olub, dəmiryol operatorları hələ də qatar biletləri satmaqdadırlar.

Fərmana əsasən, bütün muzeylər, idman salonları, mədəniyyət mərkəzləri, xizək mərkəzləri və üzgüçülük hovuzları adıçəkilən bölgələrdə bağlanacaq. Tibb işçilərinin məzuniyyətə çıxması da yasaqlanıb. Səbəb kimi İtaliya xəstəxanalarında koronavirusla bağlı xəstələrin çox olması göstərilib.

24 saat ərzində koronavirusa 1200-dən çox italiyalının yoluxması hökuməti qəti addımlar atmağa təşviq edib.

İtaliyada yoluxucu virusdan ölənlərin sayı 36-dan 233-ə yüksəlib, reanimasiyada olanların sayı isə 567 nəfərdir. Əvvəlcə yoluxmuş 5,883 italiyalıdan isə 589 nəfəri tam sağalıb.

Lombardiyanın şimal bölgələri, Emilia-Romagna və Veneto koronavirusun ən çox yayıldığı yerlərdir. Bu virusa yoluxanların 85% və qeydə alınan ölümlərin 92% həmin ərazilərin payına düşür.

https://www.reuters.com/article/us-health-coronavirus-italy/italy-orders-lockdown-of-rich-north-to-try-to-halt-coronavirus-idUSKBN20V06R?il=0

Elbəyi Həsənli, Sürix

Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300