Məşhur mağazalar şəbəkəsinin sahibinə hökm oxundu- narkotik ittihamı

 

"Hilal Agro” şirkətinin rəhbəri hakim qarşısına çıxarılıb. Külli miqdarda narkotik satmaqda ittiham edilən iş adamına hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham edilən Viləş Əhədov və Hüseyn Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Viləş Əhədov 7 il, Hüseyn Məmmədov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, Viləş Əhədov ifadəsində narkotik vasitəni Hüseyn Məmmədovdan aldığını deyərək istintaqa kömək edib. Onun bu hərəkətini məhkəmə yüngülləşdirici hal kimi nəzərə alıb.

Hüseyn Məmmədov isə özünü qətiyyən təqsirli bilmir.

DİN Mətbuat Xidmətinin verilən məlumata görə, V.Əhədovu Qax Rayon Polis Şöbəsinin əməkdaşları tutub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Viləş Əhədov rayonun Qorağan kəndi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan ümumi çəkisi 1 kq narkotik vasitə olan heroin və 500 qram metamfetamin aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə V. Əhədova həmin narkotik vasitəni satan şəxs də müəyyən olunub. Qax RPŞ və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 55 yaşlı Hüseyn Məmmədov da Bakı şəhəri ərazisində saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilən zaman narkotik vasitə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

V.Əhədov bir neçə il əvvəl ölkədə perspektivli iş adamı kimi tanınırdı. O, 2011-ci ildə fəaliyyətə başlamış "Hilal Agro” şirkəti ət sektorunda heyvanların kökəldilməsi üzrə ixtisaslaşmış şirkətin rəhbəri olur.

Qeyd edək ki, Əhədov Viləş Ayxan oğlunun adı bir neçə il əvvəl şərikləri ilə arasında borc məsələsinə görə də mətbuatın gündəminə gəlmişdi.

İlkin Muradov
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300