75bb3c8ae494c79fbd6c15e17e264110-300x224

Azərbaycanda 2015-ci il üzrə qeydiyyatda olan narkomanların dəqiqləşdirilmiş sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabata əsasən respublika üzrə 31 dekabr 2015-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 28 min 555 nəfərdir.
20 min 36 nəfər opioidlərin, 8 min 519 nəfər kannabioidlərin qəbulu nəticəsində bu bəlaya düçar olub. Bunlardan dispanser qeydiyyatında olanlar 23 min 153 nəfər, profilaktik müalicə alanlar 5402 nəfərdir. Anonim müalicə alanlar 583 nəfər, toksikomanlar 158 nəfərdir. Narkotik istifadəçilərinin 592 nəfəri qadındır.

2015-ci il ərzində 2017 narkoman qeydiyyata götürülüb. Bunlardan 1224 nəfər opioidlərin, 793 nəfər kannabioidlərin qəbulu nəticəsində bu bəlaya düçar olub. Bu narkomanların 1432 nəfəri dispanser qeydiyyatındadır, 585 nəfər profilaktik müalicə alır.(APA)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300