Əmziyi mürəbbəyə batırıb uşaqlara verməyin -Anaların DİQQƏTİNƏ!

 

Uşaqların diş fırçalama adətəinin formalaşması üçün ailələr tərəfindən yönləndirilməsi önəmlidir. Tək başına diş fırçalayan uşaq sadəcə dişlərin görünən və üst tərəflərini fırçalayır. Bu isə dişin lazımı yerlərinin çirkli qalmasına və çürüməsinə səbəb olur.

 

Medicina.az xəbər verir ki, bunu türkiyəli diş sağlığı uzmanı Rukiye Parlak bildirib. Onun sözlərinə görə,uşaqlarda diş fırçalama məktəb yaşına qədər valideynlərin köməyi ilə diqqətlə fırçalanıb təmizlənməlidir. Uşaqların istifadə etdiyi diş fırçası yaşına və ağız böyüklüyünə uyğun seçilməlidir.

Həkimin sözlərinə görə, 3 yaşına qədər uşaqlar diş məcunu istifadə etməməlidir. Bu yaşdan sonra isə hər yaşa uyğun diş məcunu seçilməlidir.

 

Uşaqlarda diş sağlamlığından danışan həkim anaların tez-tez etdiyi bir yalnışa da diqqət çəkib. O anaların əmziyi bal, mürəbbə, şəkər kimi qidalara batıraraq uşaqlara verilməsinin səhv olduğunu deyib. Xüsusilə yatmazdan öncə belə qidaları əmziyə batıraraq uşaqlara vermək olmaz. Çünki yatan uşağın ağzında daima şəkərin olması onun süd dişlərinin çürüməsinə gətirib çıxarır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300