Orucun ən yüksək zirvsinə necə qalxmaq olar?

 

Bəzi amillər vardır ki, orucu ən yüksək dərəcəyə qədər qaldıra bilirlər. Bu amillər ilə tanış olaq:

 

1. Allaha təvəkkül etmək. Orucun yüksəlməsinə səbəb olan amillərdən biri – Allaha təvəkkül etməkdir. "Cövşən-Kəbir” duasında oxuyuruq:"Hər kim Allaha təvəkkül edər – Allah ona kifayət edər”. Təvəkkül, sadəcə bir əxlaqi mövzu deyildir, bəlkə bir elmdir, bir siyasətdir. Yəni, Allahı hər bir işində vəkil etmək, istər əxlaqi mövzular olsun, istərsə də həyatın başqa mövzuları.

 

2. Təvəssül. Bəli, orucun yüksəlməsinə səbəb olan ən mühüm amillərdən biri də təvəssüldür. İlahi övliyalara təvəssül etmək, İlahi feyz mənbəyi olan böyük şəxsiyyətlərə təvəssül etmək.

 

3. Sileyi-rəhm. Orucun dərəcəsini qaldıran əməllərdən biri də sileyi-rəhmdir. Bir kişi Həzrət Peyğəmbərdən (s) soruşur: "Ya Rəsulallah! Malımızda olan İlahi haqqı verəndən sonra, malımızda başqa haqq qalırmı?”. Həzrət (s) buyurur:"Bəli, qohumlara yaxşılıq etmək. Sileyi-rəhm edin – hətta su vermək və ya salam verməklə olsa belə”.

 

4. Əmr-be-məruf və nəhy-əz-munkər. Bəli, bu əməl – vacib olan əməllərdən biridir ki, oruca da təsiri vardır. Hər bir müsəlman daima başqa müsəlmanı pis işindən çəkindirib, yaxşı işlərə dəvət etməlidir. Bu əməl orucun dərəcəsinin də qalxmasına səbəb olar. (Beytutə)

 

Bu üç şərəfli ayda oruc tutaq və bu ayların fəzilətlərindən bəhrələnək. Orucun dərəcələrini bu 4 amilin vasitəsilə qaldırmağa çalışaq.

 

/Deyerler.org/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300