Arif Hacılı PA-nın şöbə müdiri ilə görüşə dəvət alıb: "Qəbul etdim" 

 

"Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim".

"Report"un xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

"Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxından daha düzgün olduğunu bildirdim", - A.Hacılı əlavə edib.

Xatırladaq ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və ReAL Partiyasının sədri İlqar Məmmədovla ayrı-ayrılıqda görüş keçirib

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300