"Ştutqart” müdafiəçisi üçün "Qarabağ”dan 1,5 milyon avro istəyir

 

"Qarabağ”ın müdafiəçisi Ailton Silva komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçunun mövsümün sonunda Ağdam klubundan ayrılması istisna edilmir.

Azərbaycan çempionunun yaya qədər icarəyə götürdüyü 25 yaşlı sol cinah oyunçusu müqavilə ilə məxsus olduğu "Ştutqart”a qayıtmayacaq. II Bundesliqa təmsilçisinin digər klublarda icarədə olan 7 oyunçusunun son durumu barədə araşdırma aparan "Bild” nəşri Silvanın "Qarabağ”da qalmaq ehtimalının aşağı hesab edib. Çünki almanlar mövsümün sonunda onun transferindən minimum 1,5 milyon avroluq gəlir götürmək niyyətindədirlər. Ancaq "Qarabağ”ın da həmin pulu ödəmək iqtidarında olmadığı vurğulanıb. Gələcək taleyi qeyri-müəyyən olan "sambaçı”nın yalnız "Ştutqart”a qayıtmayacağı dəqiqdir.

Qeyd edək ki, Ailton Silvanın "Ştutqart”la müqavilə müddəti gələn ilin yayına qədərdir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300