Azərbaycan millisinin yoxlama oyunları ləğv edilə bilər

 

Milli komandaların yoxlama oyunları ləğv edilə bilər.

Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın prezidenti Canni İnfantino açıqlayıb.

O bildirib ki, koronavirus üzündən qarşıdakı yoxlama oyunlarının ləğvi istisna deyil: "Mən heç nəyi istisna edə bilmərəm. İnsan sağlamlığı futbol matçından çox-çox qiymətlidir. Ümid edirəm ki, vəziyyət yaxşılaşacaq, amma gündən-günə əksinə pisləşir. Əgər oyunu ləğv etmək və ya azarkeşsiz keçirmək zərurəti yaransa, biz bu addımı atacağıq”.

Qeyd edək ki, milli komandaların yoxlama oyunları üçün növbəti pəncərə martın sonlarında olacaq. Həmin vaxt Maltada toplanışda olacaq Azərbaycan yığması Lixtenşteyn və meydan sahibləri ilə yoxlama görüşləri keçirməlidir. Matçların ləğvi Maltadakı görüşlərə də təsir edə bilər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300