Uorren Baffet:"Kriptovalyutalar bir zibilə də yaramır”

 

Dünyanın ən uğurlu sahibkar və investorlarından biri, həmçinin zəngin iş adamlarından sayılan Uorren Baffet hər kəsi kriptovalyutalardan uzaq durmağa çağırıb və ona heç bir halda sərmayə qoymayacağını açıqlayıb.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə "Hightech+” portalı məlumat yayıb. U.Baffetin fikrincə, kriptovalyutanın heç bir dəyəri yoxdur, onlar real iqtisadiyyata, əmtəə və xidmətlərin istehsalına söykənmirlər, buna görə də real dəyəri də sıfıra bərabərdir.

"Squawk Box” televiziya proqramına müsahibə verən milyarder investor heç bir zaman nə özünün, nə də ona məxsus olan "Berkshire Hathaway” şirkətinin rəqəmsal valyuta əldə etdiyini söyləyib.

"Mənim biznes,istehsal, əmtəə, xidmət bazarındakı bütün biliklərim göstərir ki, bu cür yalançı göstəricilərə malik pul mənbəsi ola bilməz”, deyə o qeyd edib.

Bundan daha öncə amerikalı sərmayədar kriptovalyutanı "otaqdakı siçan zəhərinə” və "illüziyaya” bənzətmişdi. 2019-cu ildə "TRON” rəqəmsal valyutasının əsasını qoyan "BitTorrent” şirkətinin rəhbəri Castin Sun bir xeyriyyəçi auksionda təşkil olunan hərracda 4,8 milyon dollar ödəyərək Uorren Baffetlə nahar etmək hüququnu qazanaraq onun bununla bağlı fikrini dəyişmək istəmişdi. Lakin tərəflərin üç saat yarımlıq söhbətindən sonra onların hər ikisinin öz mövqelərində qaldığı barədə məlumat verilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300