Donald Tramp ABŞ mətbuatını böhtana görə məhkəməyə verməklə hədələdi

 

ABŞ prezidenti Donald Tramp onun ünvanına iftira dolu məlumatlar yerləşdirən yerli mətbu orqanları məhkəməyə verəcəyini söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ağ Evin sahibi artıq ilk iddia ərizəsini ona qatı müxalif mövqeyi ilə tanınan "The New York Times” qəzetinə qarşı yönəldəcək.

İddiaçının fikrincə, qəzetdəki analitik məqalələrdən birində bilərəkdən yalan məlumatlar yerləşdirilib. Həmin informasiyalar prezidentin seçki qərargahı ilə Rusiya ilə bağlantıları, habelə Kremilin seçki prosesinə onun xeyrinə qarışması ilə bağlı olub.

Yazıda müəllif Rusiyanın bütün bunların müqablində sanksiya rejiminin zəifləməsi və ikitərəfli ünasibətlərin düzəldilməsinə nail olmaq istədiyini bildirib.

"Əgər siz həmin yazını oxusanız, onun bilinən şərh anlayışından kənara çıxdığına da şahid olarsınız. Bunlar analitik rəy ola bilməz və pis niyyət daşıyan yalan məlumatlardır. Onlar buna görə cavab verməli olacaqlar”,-deyə Birləşmiş Ştatların dövlət başçısı fikrində ciddi olduğunu göstərib.

Onun sözlərinə görə, "The New York Times” son illərdə onun haqqında ancaq doğru olmayan xəbərləri yaymaqla məşğuldur. "Qoy indi onların halına məhkəmələr baxsın”,-deyə o vurğulayıb.

ABŞ mətbuatı Trampın qəzəbinə səbəb olan məqalənin 2019-cu ilin mart ayının 27-də qəzeitn elektron versiyasında çıxdığını bildirib.

Yazının müəllifi qəzetin keçmiş baş redaktoru (1986-1994) Maks Frenkeldir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300