Müdafiə naziri Anjey Kaspşiklə görüşüb
Fevralın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Musavat.com Müdafiə Nazirliyinin istinadən xəbər verir ki, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.