Deputat: "Qumda koronavirusdan 50 nəfər ölüb"

 

İran parlamentinin Qum şəhərindən olan deputatı Əhməd Əmirabadi Fərahani Səhiyyə Nazirliyini sərt tənqid edib.

"Report” İLNA xəbər agentliyinə istinadən xəbər verir ki, o, nazirliyi ölkədə tüğyan edən koronavirusa qarşı zəruri tədbirlər görməməkdə ittiham edib.

Deputat Qumda gündə 10 nəfərin koronavirusdan öldüyünü, son iki həftə ərzində isə 50 nəfərin bu infeksiyadan dünyasını dəyişdiyini bildirib.

Ə.Fərahani vurğulayıb ki, hazırda Qumda 250 nəfər karantin altındadır.

İran Səhiyyə Nazirliyi isə ölkədə 12 nəfərin koronavirusdan öldüyünü, 47 nəfərin də infeksiyaya yoluxduğunu təsdiqləyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300