Trampın köməkçisi: "Çin koronavirusa qarşı ABŞ-ın kömək təklifini hələ də qəbul etməyib"

 

Rəsmi Vaşinqton yeni növ koronavirusun (2019-nCoV) səbəb olduğu pnevmoniyaya qarşı mübarizə aparmaq üçün Pekinə amerikalı mütəxəssislərin Çinə göndərilməsi təklifini etməkdə davam edir, lakin bununla bağlı hələ də razılıq cavabı alınmayıb.

APA xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O'Brayen "CBS” televiziya kanalına müsahibəsində deyib.

"Çinə kömək təklifimiz hələ də qüvvədədir, biz Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin, eləcə də digər tibb və səhiyyə sahəsinin mütəxəssislərinin Çinə göndərilməsini təklif etdik. Bu təkliflərlə bağlı hələlik Çindən cavab almamışıq, lakin biz onlarla əməkdaşlığı davam etdirməyə hazırıq”, - Robert O'Brayen belə deyib.

O'Brayen, həmçinin qeyd edib ki, "hazırkı günə qədər Çin hakimiyyəti keçmiş böhranlar zamanı olduğundan daha səmimi şəkildə davranıblar”: "Biz bunu yüksək qiymətləndiririk”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300