Ukraynalılar Polşa üçün az qala suriyalılara çevrilib

 

Polşa Avropa Birliyinə vizasız gediş huququ qazanan Ukrayna vətəndaşlarını qəbul etmək istəmir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ölkəyə ukraynalıların girişinə qoyulan imtina hallarının sayı ötən il 25% artıb. Buna əsas səbəb, səyahət məqsədinin düzgün ifadə olunmaması, Polşada yaşamaq üçün zəruri maddi təminatın sənədlərdə göstərilə bilməməsidir. Özü də artıq imtina haqqında arayış Kiyevdə deyil, birbaşa sərhəd yaxınlığındakı "daşınar” konsulluqlarda verilir.

"Hüdudsuz Avropa” mərkəzinin analitik hesabatlarına görə təkcə ötən il Polşa 58,5 min ukraynalının girişini yasaqlayıb (2018-ci ildə 46,7 min).

Bu ilin yanvar ayının əvvəllərində Avropa Birliyinin ukraynalıların gəlişinə yönəlik şərtləri ağırlaşdıracağı məlum olub. Belə ki, bundan sonra Ukrayna vətəndaşları təkcə biometrik pasportlar deyil, əlavə olaraq ödənişli icazə kağızını da təqdim etməlidirlər.

Yeni sistem ETİAS (Avropa avtorizasiya və səyahət məlumat sistemi) adlanır. Yeni qaydalar vizası rejim təqdim olunan bütün üçüncü ölkələrin vətəndaşlatına şamil ediləcək.

ETİAS gedişində Şengen zonası sərhədinin keçilməsi üzrə vahid məlumat bazası formalaşdırılacaq.

Bundan başqa Şengen zonasına daxil olmaq üçün ukraynalılar səyahətdən 96 gün öncə onlayn anket doldurmalı olacaqlar. Həmçinin gələn qonağın öz ölkəsində və ya başqa bir dövlətdə hər hansı ödənilməmiş borcunun olub-olmaması yoxlanılacaq.

Polşa Ukraynadan köçən insanlar üçün ən populyar məkanlardan sayılır. Ölkənin Əmək məşğulluğu agenltiyinin məlumatına əsasən ölkəyə təşrif buyuran hər beş ukraynalıdan biri burada qalmaq istəyir.

Ukraynalıların üz tutduğu ən populyar dövlətlərdən biri də Rusiyadır. Ali Radanın deputatı vadim Rabinoviç təkcə 2018-ci ildə 258 min ukraynalının Rusiyaya getdiyini deyir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300