Hüquqşünas: "Kəmaləddin Qafarovun sərvəti araşdırılmır"

 

"Yadınızdadırsa, bir vaxtlar tez-tez "dərman”, "yumurta” mafiyaları haqqında yazırdım. Bu mafiyaların insanların sağlamlığını (saxta dərman satışı, Milli Onkologiya Mərkəzində baş verən faciələr, qida məhsullarının keyfiyyətsizliyi və s.), ölkə iqtisadiyyatını məhv edən konkret əməllərini paylaşırdım. Bu mafiyaların çox güclü, dövlət içində dövlət olduğunu yazanda bəziləri buna inanmırdı, mənim kimlərləsə şəxsi haqq-hesab çəkdiyimi düşünürdülər. Məhz bu mafiya məni susdurmaq üçün 3 dəfə məhkum etdirdi, 1995-ci ildən fəaliyyət göstərən VİZA Hüquq Firmasını bağlatdırdı, məni işsiz qoydu. Çünki Azərbaycanın hüquq-mühafizə və məhkəmə orqanları da bu mafiyaya qulluq edir. Bu mafiyanın məni ölümlə təhdid etməsi barədə konkret sübutlarla DTX, DİN, Baş Prokurorluğa dəfələrlə müraciət etsəm də, bu günə qədər heç birindən cavab belə almamışam".

 

Bunu hüquqşünas Aslan ismayılov feysbuk səhifəsində yazıb.


 

O bildirib ki, hər iki mafiyanın maliyyə mənbəyinə nəzarət edənlərdən biri Kəmaləddin Qafarov 9 saylı Binəqədi ikinci seçki dairəsindən yenidən namizədliyini veribdir: "Onun seçki kampaniyasını izləyənlər mafiyanın üzvlərinin kim olduğunu görərlər. Bu mafiyanın qara işlərini yerinə yetirən, haqqımda yazılan şər-böhtanları tirajlayan reket jurnalistləri maliyyələşdirən Mürvət Həsənlinin "Facebook" səhifəsini incələsəniz, dediklərimin sübutunu görərsiniz. Hüquq-mühafizə orqanları sadəcə bu səhifəni incələsə adıçəkilən mafiya üzvlərini, Əli Həsənovun trol dəstəsini, ölkədə fəaliyyət göstərən qanunsuz qoçu dəstələrini görə bilər. Bu seçki kampaniyasında əsasən köhnə komandanın qulluğunda duran, indi Parlamentə soxulmaq istəyənlərin, ölkənin bu günkü acınacaqlı durumunun səbəbkarlarını görmək istəyənləri də bu adamlara diqqət yetirməyi məsləhət bilirəm".

 

Aslan İsmayılov bildirib ki, indiyə qədər MSK və hüquq-mühafizə orqanları Kəmaləddin Qafarovun sərvətini araşdırmayıb: "Millət vəkili olan K.Qafarovun milyonlarla sərvətləri barədə onlarla material paylaşılsa da bu günə qədər nə hüquq-mühafizə orqanları, nə də MSK buna münasibət bildirməyib. Əgər belələri bir daha Parlamentə keçərsə, onda mafiya ilə hakimiyyətin birləşməsi və ölkənin uçuruma getməsi tezləşəcək. Ona görə də ancaq belələrini ifşa etməklə biz ölkəmizin dəyişməsinə nail ola bilərik.

Xərçəng xəstələrinin canı bahasına milyonlarla sərvət toplamış millət vəkili, Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavini Kəmaləddin Qafarova məxsus mətbuatda dərc edilən (tam yaxud hissə olaraq) şirkətlərin siyahısı. Əminəm ki, bu, tam siyahı deyil:

"AzəriMed” MMC,

"AzəriMed MNK" MMC

"Kanon” MMC,

"Mega Pharmacy” MMC,

"Azeri Med MNK” MMC,

"Versal” MMC,

"Versal Palace” MMC

"Naturalist” firması,

"AvestaFarm" MMC,

Cardinal Health şirkəti

"Ruslan AZ" MMC

Zəfəran Hospital

Zəfəran Apteklər şəbəkəsi

Siyəzən Broyler

9 saylı Binəqədi ikinci seçki dairəsində yaşayanlar öz "millət vəkilləri"ni tanısınlar", - hüquqşünas bildirib.

Kəmaləddin Qafarov Aslan İsmayılovun iddiaları ilə bağlı heç bir açıqlama verməyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300