Çaylarda suyun səviyyəsi dəyişdi

 

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 12, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla onun 170, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla onun 30-100 faizini təşkil edir.

Departamentdən bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 75 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 30 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 41 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 105 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla normanın 80 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində artaraq 408, Şirvan məntəqəsində 2 santimetr azalaraq 215, Salyanda 8 santimetr artaraq 178, Bankə məntəqəsində 1 santimetr artaraq 172, Araz çayının Novruzlu məntəqəsində isə 2 santimetr artaraq 110 santimetr təşkil edib.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300