"Google” öz xidmətlərini Türkiyədən çəkə bilər

 

"Google” şirkəti Türkiyənin Antiinhisar İdarəsinin haqsız rəqabət cəzasına görə iş ortaqlarına məktub yazaraq vəziyyəti düzəltməyəcəyi təqdirdə Türkiyədəki android telefonlara lisenziya verilməyəcəyini bildirib.

Antiinhisar İdarəsinin ABŞ nəhəngi "Google” barədə "haqsız rəqabətə yol açdığı” səbəbi ilə kəsdiyi cəzanın ardınca şirkətin iş ortaqlarına məktub yazdığı məlum olub. Məktubda bu vəziyyətin düzəlməyəcəyi təqdirdə Türkiyə bazarına çıxarılacaq android telefonlara şəxsi proqramlarını istifadə etmələri üçün lisenziya verməyəcəyi iddia edilib.

Musavat.comoxu.az-a istinadən xəbər verir ki, Antiinhisar İdarəsi rəqabətə zidd davranma səbəbi ilə "Google” şirkətinə 7 dekabrda sanksiya tətbiq etmək qərarına gəlib.

Antiinhisar İdarəsi "Google” şirkətinin 19 sentyabr 2018-ci il tarixində İdarə Heyəti tərəfindən qoyulmuş öhdəliklərə uyğun olaraq şirkətlərlə bağladığı müqavilələrdə zəruri dəyişikliklər etmədiyinə dair nəticəyə gəlib. İdarə Heyətinin məruzəçisi tərəfindən hazırlanan məlumata uyğun olaraq edilən analiz və qiymətləndirmələr nəticəsində, android cihaz istehsalçıları ilə bağlanmış mobil tətbiq paylama sazişlərinə daxil edilmiş "Google” axtarış sisteminin əsas ekranda yerləşdirilməsinin, "Google” axtarış sisteminin cihazlarda mütləq şəkildə olmasının Rəqabətin qorunması haqqında Qanunun 6-cı maddəsini pozduğu aşkar edilib.

Antiinhisar İdarəsi, "Google” şirkətinin telefonlara quraşdırılmasını istəyən rəqib axtarış sistemi şirkətlərinin, öz proqramlarının quraşdırması üçün cihaz istehsalçılarından maddi qarşılıq istədiyini təyin edib. Bundan başqa, istifadəçi "Google” axtarış sistemini cihazdan çıxarılması üçün şirkətə lisenziya haqqını ödəyəcəyi aşkar edilib. "Google” bununla istehlakçıları rəqabətli məhsullar seçməməyə məcbur edir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300