Azərbaycanlı deputatların polis və prokuror övladları SİYAHI

 

Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Milli Məclisin buraxılması haqqında qərar qəbul olundu və fevral ayının 9-da ölkədə növbəti parlament seçkiləri keçiriləcək.

Səlahiyyətləri sona çatan, lakin hələ də millət vəkili statuslarını saxlayan Milli Məclis üzvlərinin bir çoxu 4 illik fəaliyyətləri dövründə dəfələrlə mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusuna çevrildilər. Onlar daha çox işlətdikləri ifadələrə görə gündəmə gəlsələr də, bəzi deputatlar hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan övladları və digər yaxınlarına görə müzakirə olundular.

Təxminən 2 aydan sonra millət vəkili statusunu itirəcək deputatların hüquq-mühafizə orqanlarında işləyən yaxınlarının siyahısını təqdim edirik:

- Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri olan Səttar Möhbalıyevin oğlu və eyni zamanda da bu yaxınlarda vəzifədən azad olunan Prezidentin köməkçisi Əli Həsənovun kürəkəni - İsfəndiyar Möhbalıyev Xəzər rayonu Polis İdarəsinin rəisidir

- Millət vəkili Aqil Abbasın oğlu - Tuncay Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisidir

- Deputat Elman Məmmədovun oğlu - polkovnik-leytenantı Elşad Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi

- Millət vəkili, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu - Xəlil Bayramov Qaradağ rayon 10-cu Polis Bölməsinin rəisi

- Deputat Çingiz Qənizadənin oğlu - Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavini

- Deputat Flora Qasımovanın oğlu - polis polkovniki Elsevər Mirzəyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavini

- Millət vəkili Sahib Alıyevin qardaşı - Bayram Alıyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi

- Milli Məclisin üzvü Vahid Əhmədovun oğlu - Zəfər Əhmədov Qaradağ rayonunun prokuroru

- Deputat İmamverdi İsmayılovun oğlu - polis mayoru İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisinin imtahan-qeydiyyat şöbəsinin rəisi

- Millət vəkili Hüseynbala Mirələmovun oğlu - polis-polkovniki Fərid Mirələmov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi olub

Mənbə: Yeniavaz.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300